Ümumdünya kitab və müəlliflik hüququ günü çərçivəsində konfrans - «Yaradıcıdan-kitaba, müəllifdən-müəlliflik hüququna»

23.04.2012

Akt Zalı
Vaxt: 10.00 - 13.00 qədər
Təşkilatçı: Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsi, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

23 aprel 2012-ci tarixində Muzey Mərkəzinin Akt zalında Ümumdünya Kitab və Müəlliflik hüququ Günü münasibətilə Müəllif Hüquqları Agentliyi Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə beynəlxalq konfrans keçirdi. Ümumdünya Kitab və Müəlliflik hüququ Günü UNESKO-nun 1995-ci il noyabr ayının 15-də Parisdə keçirilmiş 28-ci sessiyasında elan olunmuşdu. Tədbirin məqsədi kitabın və müəlliflik hüququnun mədəni irsdə əhəmiyyətini bir daha xatırlatmaq, davamlı iqtisadi inkişafda, informasiya cəmiyyətinin formalaşmasında rolunu diqqətə çatdırmaq, yaradıcı şəxslərə cəmiyyətin münasibətini bildirmək və mədəni ənənələrimizin qorunub saxlanmasının vacibliyini diqqətə çatdırmaq idi. Dünya əhalisinin, xüsusilə gənclərin kitaba marağının artırılmasına, bəşəriyyətin sosial və mədəni tərəqqisində əvəzsiz xidmətləri olmuş şəxslərin əməyinin layiqincə dəyərləndirilməsinə, əqli mülkiyyətə və onların müəlliflərinə hörmət hissinin aşılanmasına yönəltməkdir. 1996-cı ildən başlayaraq hər il respublikamızda da Ümumdünya Kitab və Müəlliflik hüququ Günü xüsusi qeyd edilir
Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 30 dekabr tarixli sərəncamına əsasən, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri ana dilimizə çevrilərək nəşr edilib. Həmçinin Azərbaycan ədəbiyyatı inciləri dünya, o cümlədən Avropa məkanına çıxarılıb, beynəlxalq kitab sərgilərində yüksək mükafata layiq görülübdür. Konfransda maraq çəkən faktlardan biri də ölkənin ümumi daxili məhsulunda əqli mülkiyyətə əsaslanan sənayenin payının 2005-ci ildəki 2 faizdən ötən il 4,5 faizə yüksəlməsidir Nazirlər Kabinetinin 2011 – ci il 7 dekabr tarixli 195 nömrəli qərarı ilə Müəllif Hüquqları Agentliyinin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradılmışdır
Mərkəzin əsas vəzifələri aşağıdakılardır:
-sahə üzrə təhlillərin aparılması və proqnozların verilməsi, prioritet istiqamətlərin və hədəflərin müəyyənləşdirilməsinə yardım göstərilməsi
-rəqəmli şəbəkələrdə əqli mülkiyyət hüquqlarının idarəçiliyini təşkil etmək, zəruri hallarda rəqəmli hüquqların idarə olunmasını həyata keçirmək
-sahə üzrə mütəxəssislərin tədrisinin təşkili
MDB məkanında Azərbaycan əsərlərin qeydiyyatı sisteminin tətbiq edildiyi ilk ölkələrdən biridir. İndiyədək Agentlikdə 8 mindən çox əsər və əlaqəli hüquq obyektləri qeydiyyatdan keçirilmişdir. Qeydiyyatdan keçirilmiş əsərlər və onların müəllifləri (hüquq sahibləri) haqqında Agentlikdə elektron məlumat bazası yaradılmış və əqli mülkiyyət obyektlərinin online rejimində qeydiyyatdan keçirilməsi sisteminin tətbiqinə başlanmışdır. Konfransda Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev, UNESKO üzrə Azərbaycan Respublikası Milli
Komissiyasının birinci katibi Günay Əfəndiyeva, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Lətifə Məmmədova, Soloniki Aristotel Universitetinin dekanı, professor, Yunanıstan Elmlər Akademiyasının fəxri üzvü, TVİNNİNQ layihəsinin eksperti Lambors Kotsiris, bir sıra qeyri-hökumət təşkilatlarının və nəşriyyatların nümayəndələri iştirak etdilər.