Şahin Hüseynovun fərdi foto sərgisi

21.11.2012 - 23.11.2012

Sərgi Qalereyası
Tədbirin təntənəli açılışı: 20 noyabr 2012, 18:00
Təşkilatçı: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektoru

ŞAHİN HÜSEYNOV

Şahin Hüseynov 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dovlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. 1998-ci ildən fotoqrafiya ilə məşğuldur. 2000-ci ildən Azərbaycan Fotoqraflar Birliyinin üzvü, 2001-ci ildən isə həmin təşkilatın idarə heyətinə üzv seçilmişdir. 1-ci Bakı Beynəlxalq Fotofestivalının həm təşkilatçılarından, həm də iştirakçılarından biridir. (2002)
Azərbaycanın görkəmli fotografı Kamal Babayevin 75 illik yubileyinə həsr olunmuş fərdi fotoqrafiya səgisinin təşkilatçılarındandır. (2002)
Azərbaycan Gənc Fotoqraflar Assosiasiyasının (AGFA) təşkilatçılarından biridir. (2003)
«Avtoqrafiya» (2004) və «Epizod» (2005) fotosərgilərinin təşkilatçısıdır.
«Dairə» yaradıcı qrupunun və eyni adlı fotosərgisinin təşkilatçılarından biridir.
2005-ci ildə Fransanın Azərbaycandakı səfirliyi ilə birgə hazırlanmış «Vergül» adlı fotosərginin təşkilatçılarındandır.
2006-cı ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi tərəfindən təşkil olunmuş «Mənim Azərbaycanım» adlı ümumrespublika fotomüsabiqəsinin qalibidir.
2007-2009-cu illərdə Azərbaycan Fotoqraflar Birliyinin İdarə Heyətinin sədri olmuşdur.
Azərbaycan Fotoqraflar Birliyinin www.photographer.az rəsmi internet səhifəsinin yaradıcılarındandır. (2008)
Azərbaycanın görkəmli fotoqraf-ustadı Akif Ağayevin xatirəsinə həsr edilmiş fotoqrafiya sərgisinin təşkilatçılarındandır. (2009)
2009-cu ildə Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi ilə birgə təşkil olunmuş «Qadın, incəsənət və gözəllik» adlı fotomüsabiqənin və sərginin təşkilatçılarındandır.
Azərbaycanın fotoqrafiya tarixinə dair keçirilən bir-cox seminarların, o cümlədən, «Azərbaycan-150 il fototəsvir tarixi», «Azərbaycan fotosənətində qadın obrazı», «Azərbaycan memarlığı. Unudulmaz abidələrimiz», «Neftimiz və dünya fotoqrafları» adlı seminarlarin təşkilatçısıdır. (2008-2009)
Azərbaycanın görkəmli ictimai xadimi və aktyor Bəhram Bağırzadənin «... Sən də bu şəhərdə yaşayırsan» adlı fərdi fotosərgisinin təşkilatçısıdır. (2012)