Heydər Əliyevın 90 illik yubileyinə həsr olunmuş "Biz hamı kimi" xeyriyyə sərgisi

06.05.2013 - 08.05.2013

Sərgi Qalereyası
Tədbirin təntənəli açılışı: 06 may 2013, saat 19:00
Təşkilatçı: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzi

6, 7 və 8 may Muzey Mərkəzində "Biz hamı kimi" xeyriyyə sərgisi keçiriləcək. Sərgi ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr edilib. Sərgidə üç istedadlı Azərbaycan rəssamının işləri təqdim ediləcək: Abbas Məmmədov, Vasif Hüseynov və Cavid Hüseynov. Tədbir Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə keçirilir. "Biz hamı kimi" sərgisi xeyriyyə xarakterlidir və arzuedənlər əsərləri əldə edə bilər. Bütün əldə edilən vəsait Azərbaycan Daun sindromlu insanlar asossiasiyasına veriləcək.
Abbas Məmmədov, Vasif Hüseynov və Cavid Hüseynov Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin Rəngkarliq fakultəsinin və Azərbaycan Rəssamlıq Akademiyasının məzunlarıdır. Onların işləri nəinki Azərbaycanda, həm də xaricdə sərgilənib.Sərginin təntənəli açılışı 6 may 19:00-da olacaq. Xeyriyyə sərgisinin açılışına giriş ciddi olaraq dəvətnaməylədir. 7 və 8 may sərgiyə giriş sərbəstdir.