Bakıda mədəni – işgüzar missiya çərçivəsində Rusiyanın xalq artisti, baş drijor Serqey Stadlerin rəhbərliyi altında Sankt- Peterburq Simfonik orkestrının konserti

16.10.2014

Keçirilmə vaxtı: 16 oktyabr saat 18:00 2014-cü il
Keçirlildiyi yer: Muzey Mərkəzinin akt zalı

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi , Azərbaycan Respublikasının Sankt- Peterburqdakı Baş Konsulluğunun dəstəyi ilə oktyabr ayının 15-dən – 18 dək Bakıda bir neçə Sankt-Peterburq mədəni – işgüzar tədbirləri keçirildi.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Slavyan Torpağı” adlı sərginin və “Peterburq mələklərin gözləri ilə” adlı fotosərgisinin açılış mərasimi oldu. Həmçinin “Rusiya-Azərbaycan mədəniyyətlərinin qarşılıqlı dəyirmi masası ” keçirildi.
16 oktyabr tarixində Muzey Mərkəzində Rusiyanın xalq artisti, baş drijor Serqey Stadlerin rəhbərliyi altında Sankt – Peterburq simfonik orkestrinin konserti keçirildi. Proqramda P.İ.Çaykovskinin, D.D.Şostakoviçin, İ.F.Stravinskinin, S.S.Prokofyevin əsərləri səsləndirildi.