“Əl sənətləri”(gümüş, bakır,naxış,ebru,şüşə, üfləmə) və “Qadın Başlığı”, “Türkiyədən Rənglər” foto sərgiləri

25.11.2014 - 28.11.2014

Tədbirin keçirildiyi vaxtı: 24-27 noyabr 2014-cü il
Tədbirin təntənəli açılışı: 24 noyabr saat 17:00
Tədbirin keçirildiyi məkan: Muzey Mərkəzi Sərgi Qalereyası

2014-cü il noyabr ayının 22-dən 27-dək Azərbaycan Respublikasında Türkiyə Cümhuriyyətinin Mədəniyyət Günləri keçirilmişdir. İlk dəfə olaraq keçirilən Mədəniyyət Günləri ilə əlaqədar Türkiyə Cümhuriyyətinin mədəniyyət və turizm naziri cənab Ömər Çeliyin rəhbərliyi altında qardaş ölkənin tanınmış incəsənət ustaları Azərbaycana səfər etdilər.
Tədbir çərçivəsində 23 noyabr tarixində Heydər Əliyev Mərkəzində “Azərbaycan Mədəniyyət Günlərinin rəsmi açılışı, Dövlət Xalq Rəqsləri Topluluğu İstanbul Tarixi Türk Musiqisi Topluluğu” Konserti, 24-27 noyabr tarixində saat 17:00 da Muzey Mərkəzinin Sərgi Qalereyasında Əl sənətləri” (gümüş, bakır, çinicilik, naxış, ebru, şüşə üfləmə) və “Qadın Başlığı”, “Türkiyədən Rənglər” foto-sərgisinin təntənəli açılış mərasimi oldu, həmçinin 25 noyabr tarixində Dövlət Mahnı Teatrında “Xalq ozanlarının deyişməsi”, noyabr ayının 25-də və 26-da Nizami Kino Mərkəzində “Aşk Tesadüfleri Sever” və “Yozgat Bules” filmlərinin nümayişi, noyabr ayının 26-da və 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Ankara Dövlət Teatrının “Nereye” və “Meraklısı için Öyle Bir Hikaye” tamaşalarına baxış keçirildi.