Rəssam Ənvər Əsgərovun “Urbi et Orbi” adlı fərdi sərgisi

01.05.2015 - 10.05.2015

Sərginin təntənəli açılışı: 01 may 19:30
Sərgi Qalereyası

Ənvər Əsgər oğlu Əsgərov (1940-cı il təvəllüdlü). Azərbaycanın əməkdar rəssamı 1970-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, Sultan Məhəmməd mükafatı laureatı, Azərbaycan və xaricdə çoxsaylı beynəlxalq sərgilərin iştirakçısı.
Ənvər Əsgərovun rəsmləri Azərbaycan, Rusiya muzeyləri, Böyük Britaniya, Türkiyə, İsveçrə, Amerika Birləşmiş Ştatları, Azərbaycan və Rusiyada şəxsi kolleksiyalarda saxlanılır. 1995, 2003 və 2010-cu illərdə Ənvər Əsgərovun əsərlərinin fərdi sərgiləri keçirilmişdir.
Ənvər Əsgərovun yaradıcılığının erkən dövrü sənaye mənzərələri ilə əlaqədar olmuşdur. Lakin onun yaratdığı Bakının neftçıxarma şəhəri simaları o qədər lirik və zərif idilər ki, rəssamın əsərləri Azərbaycan paytaxtının vizit kartı kimi çıxış edirdilər. 1973-cü ildə onun “Abşeronun Orqanı” əsəri gənclər üçün SMENA jurnalının aprel nəşrinin cildini bəzəmişdi. Ənvər Əsgərovun rəsmləri məharətli, tutarlı, ciddi və eyni zamanda zərifdirlər. Postsovet dövrü zamanı Ənvər Əsgərovun dünyasında əzəmətli sənaye kompozisiyalarını həndəsi natürmortlar əvəz etdilər. Rəssam tamaşaçını qəfil çevrilmələr və gözlənilməz gedişlərlə təəccübləndirərək özünü op-art (optik incəsənət) janrında da tapdı. Ənvər Əsgərovun əsl bakılı kimi uşaqlıqdan sevdiyi badımcan, balqabaq, heyva və Abşeronun digər sərvətləri ilə natürmortları ustadın yaradıcılığında mühüm bir yer tutur. Bu, onun bədii bioqrafiyasının ayrı zəngin və parlaq bir səhifəsidir. Qumlu mənzə-rələrlə əsər seriyası rəssamın yaradıcılığının əsl incisidir. Abşeron qəsəbələrinin təbiəti, dəniz, Bakının Bilgəh, Nardaran, Buzovna qəsəbələrinin sadə, lakin çox doğma memarlığı ətraflı və zərifliklə Əsgərovun rəsmlərində əks etdirilmişdir. Sənətşünas Dilarə Vahabova qeyd edir: “Ənvər Əsgərovun əsərləri mənə bəzən, Kerrollun Alisası kimi, sərbəst və asanlıqla hərəkət etdirən sehrli yuxuları xatırladır. Onun meşələrində həm Çeşir Pişiyi, həm də Mavi Tırtıla asanlıqla rast gəlmək olar.” Gənc ustadlar arasında məşhur olan dəbli və provokasiyalı üslubu, bugün tələb edilən müasir incəsənəti öz əsərlərində son dərəcədə səlist ifadə edərək rəssam Əsgərov bizim zamanda da aktual qalır. Ənvər Əsgərovun bu janra aid rəsmləri 2012-ci ilin yanvarı Böyük Britaniya paytaxtında keçirilən “Fly to Baku” Azərbaycan rəssamlarının sərgisi zamanı tələbkar və incəliyə alışmış London kütləsinin marağını cəlb etmişdi.
Ənvər Əsgərovun yaradıcılıq tərzini “Nə? Harada? Nə zaman?” intellektual oyununun magistrı Maksim Potaşov belə təsvir edir: “Mən bu rəssamın əsərlərinə o dərəcədə heyranam ki, yeri gəlmişkən özü də təhsilcə rəssam olan Vladimir Voroşilov tərəfindən verilən çətin sualların cavablarının axtarışı ilə müqayisə edilən zövqü alaraq, Ənvər Əsgərovun rəsmlərinin daxili sirlərini tapmağı çox sevirəm. Öz kabinetimdə Ənvər Əsgərovun əsərlərindən birini mütləq asacağam.”