“Nikolya şokolad muzeyi” müəllif sərgisi

15.05.2015 - 31.08.2015

Sərginin təntənəli açılışı: 15 may, saat 18:00
Dairəvi Zal
Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Muzey Mərkəzi
Sərgiyə giriş saat 11:00-dən – 21:00-dək biletlər ilə olacaqdır.
Biletlərin qiyməti (18 yaş) böyüklər üçün 7 AZN, məktəb (6-18) yaşlı uşaqlar üçün 3 AZN. 6 yaşa qədər uşaqlar üçün giriş pulsuzdur. Çoxuşaqlı ailələr və 15 nəfərə qədər qruplara endirimlər nəzərdə tutulub.

Dünya turu çərçivəsində dünya ölkələrinin 40-dan artıq şəhərində qonaq olan məşhur “Nikolya Şokolad Muzeyi” bu dəfə Bakıda açılır. Sərgi Muzey Mərkəzinin binasında 15 may 28 iyun 2015-ci il tarixləri dövründə keçiriləcəkdir. 200 kvadrat metrlik sahədə ümumi çəkisi 700 kiloqramdan artıq olan yüksək keyfiyyətli 250-dən artıq şokolad məmulatları, o cümlədən şokolad və marzipan heykəlcikləri, şokolad bagetlərlə çərçivələnmiş şokolad rəsmləri, şokolad miniatür və kompozisiyalar təqdim olunacaqdır. Bununla yanaşı sərgidə şokoladın tarixi və bu haqda maraqlı faktlarla tanış olmaq imkanı olacaqdır.
Bakıdakı sərgisi üçün məşhur şokolatye Nikolya xüsusi olaraq Azərbaycan və Bakıya həsr olunmuş şokoladdan bir sıra sənət əsəri hazırlamışdır. Burada 70 kiloqramdan artıq çəkisi olan “Qız qalası” şokolad miniatürü, Hökumət evi, Muzey Mərkəzi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, FlameTowers binalarını əks etdirən əsərləri, eləcə də marzipan meyvə və gülləri, şokolad manqalı və digər əsərləri görmək olar.
Sərginin keçirildiyi dövrdə müəllif çəkisi 200 kiloqramdan artıq olan və Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına həsr etdiyi dünyanın ən nəhəng şokolad rəsmini təqdim edəcəkdir.Bununla yanaşı, məşhur şokolatye sərgi zamanı satışa çıxarılacaq xüsusi texnologiya ilə hazırlanmış bir sıra eksklüziv şokolad suvenir məmulatları təqdim edəcəkdir. Öz əli ilə şokolad möcüzələri hazırlamaq istəyənlər üçün isə müəllif tərəfindən ustad dərsləri təşkil olunacaqdır."Nikolya Şokolad Muzeyi"nin sərgisi müxtəlif yaş və statuslu tamaşaçıları cəlb edir. 5 il ərzində sərgini 500.000-dən artıq tamaşaçı ziyarət etmişdir.
Biletlərin qiyməti (18 yaş) böyüklər üçün 7 AZN, məktəb (6-18) yaşlı uşaqlar üçün 3 AZN. 6 yaşa qədər uşaqlar üçün giriş pulsuzdur. Çoxuşaqlı ailələr və 15 nəfərə qədər qruplara endirimlər nəzərdə tutulub.
Hər bir ziyarətçi üçün bir neçə növ şokoladın dequstasiyası təşkil olunacaq.