Bakıda İlk Aropa Oyunlarına həsr olunmuş dünyada analoqu olmayan şokoladdan hazırlanmış 3D rəsmin təqdimat mərasimi

05.06.2015

Vaxt: 12:00
Dairəvi zal
Təşkilatçılar: “Nikolya” Şokolad Muzeyi, Muzey Mərkəzi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Dünyanın 40-dan çox ölkəsində əsərləri nümayiş olunmuş “Nikolya” Şokolad Muzeyinin müəllif sərgisi artıq Bakıda! Artıq ilk həftədən 10000-dən çox insan müəllif tərəfindən yaradılan şokolad möcüzələrini izləmişdir.

Xüsusi olaraq Bakıda İlk Aropa Oyunlarına həsr olunmuş ümümi çəkisi 200 kq, eni 3 metrdən çox olan dünyada analoqu olmayan şokoladdan hazırlanmış 3D rəsmin təqdimat mərasimi olmuşdur. Tədbirdə xüsusi dəvət olunmuş qonaqlar həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev və Bakı Avropa Oyunları Komitəsinin (BEGOC) icraçı direktoru Simon Clegg iştirak etmişdir.