Rəssam Vüqar Muradovun “Rənglərin formulu” adlı fərdi sərgisi

03.06.2016 - 12.06.2016

Tədbirin təntənəli açılışı: 03 iyun 17:30
Dairəvi zal və Sərgi Qalereyası
Təşkilatçılar: Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və Dekorativ Sənət Sektoru

İyunun 3–də giriş yalnız dəvətnamə ilə!
04 - 12 iyun tarixlərində giriş sərbəstdir.
Sərginin iş saatları: 10:00–dan 18:00–dək.
Əlavə məlumat üçün : +99412 493 58 83, 493 72 87

Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi rəssam Vüqar Muradovun Rənglərin Formulu adlı fərdi sərgisini təqdim edir. Sərgidə müəllifin 80-ə yaxın rəngkarlıq və qrafika əsərləri nümayiş olunacaqdır.
V.Muradov özünün yaradıcılıq yolunun təkamülü boyu hissi işarənin incə vizual strategiyasını işləyib-hazırlayır ki, bu da istedadlı və bənzərsiz rəssamın əsərlərində dərin bir hissin simvoluna çevrilərək hər bir həssas seyircinin qəlbinə asanlıqla yol tapır. Ölkəmizdə müxtəlif təbəqələr arasında V.Muradovun rəsm əsərlərinin populyarlığını məhz bu xüsusiyyətilə izah etmək olar. Əslində, nəinki bizim ölkəmizdə - Azərbaycanlı rəssamın bir çox sənət əsərlərini xarici ölkələrin nümayəndələri də böyük məmnuniyyətlə əldə edir: rəssamın yaradıcılıq irsinin böyük hissəsi hazırda Azərbaycandan kənarda, incəsənət bilicilərinin fərdi kolleksiyalarında yer almışdır.
V.Muradov yaradıcılığının əsas xarakterik xüsusiyyəti onun müstəvi, ortamental və işarəvi vizual təsvir ənənələrinə sadiq qalmasıdır: öz yaradıcılığı çərçivəsində rəssam əşyanın öz fərdi işarə-simvoluna çevrilmə dinamikasını müşahidə edir. Rəsm əsərinin süjeti və onun ideya (hekayət) məzmunu rəssamın diqqətini çox da cəlb etmir. Onu kətan müstəvisi üzərində mövzunun formal izahı, seyirci üçün tanış üçölçülü təsvirin ikiölçülü işarəvi obraz-ideyaya çevrilməsi maraqlandırır.
Hal-hazırda rəsm müstəvisi və işarəvi təsvirlə bağlı bu ənənəni V.Muradov da daxil olmaqla, müasir Azərbaycan incəsənətinin bir sıra parlaq ustaları davam etdirir. Lakin bir prinsipial mülahizəni qeyd etmək vacib olardı. Biz ənənə haqqında danışarkən söhbətin ya dekorativ-tətbiqi incəsənət (xalçaçılıq, keramika, naxış basma), yaxud da qrafika (Təbriz miniatür məktəbi) haqqında getməsini nəzərə almalıyıq.
Lakin incəsənətin bir növü kimi, rəsm sənətinin öz spesifik xüsusiyyəti də var – boya qatı ilə örtülmüş, daha dəqiq desək yaxmalarla işlənmiş və özündə “canlı fırçaların” izini saxlamış kətan səthi. Rəsm sənətində işarəvi-simvolik üsulun tətbiqi kətanı konseptual əsərin quru və mücərrəd səthinə çevrilməsi və yaxud, indi yalnız dizayn elementi kimi qəbul edilən dekorativ dəbdəbəli əşyaya çevrilməsi təhlükəsi ilə nəticələnə bilər. V.Muradov sənətin bu mürəkkəb çağırış və təhlükələrindən məharətlə sinə gərməyi bacarır. Onun rəsm əsərlərini heç cür konseptual adlandırmaq olmaz. Onun sənəti, həm də, sırf dizayn formalizminin dekorativ tapıntılarından da uzaqdır. Qərb təsviri incəsənət məktəbinin rəssamlıq ustalığına əminliklə yiyələnərək rəssam ahəngdar şəkildə öz yaradıcılığında kətanın rəng və işıq izahının yumşaqlığı və bəzən, hətta, yayğınlığı ilə kompozisiya və təsvir əşyalarının müstəvi üzərində ifası ilə uyğunlaşdırmağı bacarır.

Vüqar Muradov (d. 1967) Azərbaycan müasir rəngkarlığının nümayəndəsidir. 1986-cı ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbini bitirmişdir. Azərbaycan Rəssamlar İttifaqı, Karikaturaçılar İttifaqının və Fotoqraflar Birliyinin üzvüdür.
Onun əsərləri Azərbaycanda və xarici ölkələrdə tanınmışdır. O, müxtəlif beynəlxalq və yerli sərgi və simpoziumların iştirakçıdır. Əsərləri ABŞ, Türkiyə, İtaliya, Fransa, Almaniya, Hollandiya, Belçika, Lüksemburq, İran və b. ölkələrdə nümayiş olunub və şəxsi kolleksiyalarda saxlanılır.
Sərgilərdən, Muradovun əsərləri Solomon Quqenhaym Muzeyində, Nyu York Müasir İncəsənət muzeyində, Eastern European Art Fondunda nümunə gətirmək olar.
“Rənglərin formulu” adlı fərdi sərgi Vüqar Muradovun 6-cı sərgisidir.