Portuqaliyalı rəssam Karlos Motun müasir incəsənət sərgisi

16.11.2018 - 23.11.2018

Tədbirin təntənəli açılışı: 16 noyabr 19:00
Sərgi Qalereyası
Təşkilatçılar: Portuqaliyanın Azərbaycan Respublikasındakı səfirliyi, Muzey Mərkəzi
16 noyabr giriş dəvətnamə ilədir
Sərginin iş saatları: 17 – 23 fevral, saat 10:00-dan 18:00-dək

17-23 noyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi Sərgi Qalereyasında Portuqaliyanın Azərbaycandakı Nümayəndəliyi və Fəxri Konsulluğu tərəfindən Portuqaliyalı məşhur rəssam Carlos Motanın "Found and findings" adlı beynəlxalq rəsm sərgisi keçiriləcəkdir. (Ünvan: Neftçilər prospekti 49, Bakı)
“Carlos Mota yaradıcılığı ilə tanış olduqca biz, maddi və mənəvi hesab etdiyimiz dünya arasında əslində heç bir real fərq olmadığını görə bilərik.
Carlos Motanın əsərləri azad ruhlu olduğu üçün çoxsaylı interpretasiyaları cəmləşdirir. Bu əsərlər ərsəyə gələnə kimi müxtəlif duyğulardan ilhamlanır və izləyicilərdə xəyal etmək azadlığını tərənnüm edir. Ərsəyə gələn bu əsərlər müasirliyin nə olduğunu açıq-aydın gözlər önünə sərərək, özündə hərəkət, enerji və həyatı daşıyır.
Onun yaradıcılığı rəsmdən əlavə, fırça və boya ilə ötürülən fövqəltəbiiliyin ifadəsidir. İstifadə olunan materialdan, əsərlərinin əsas vurğulayıcı məqamından, coxtrərəfli və dolğun ssenarisindən asılı olmayaraq, o, tamaşaçıları ruhunun ən dərin məhrəmiyyətinə çəkib aparır. Bu konsepsiyası olmayan, amma əvəzində beyni sonsuz interpretasiyalar üçün açan bir yaradəcılıqdır.” Alvaro Lobato, Müasir İncəsənt Hərəkatının direktoru.
Carlos Mota, Portuqaliyada, Ponta Delgadada anadan olmuşdur və Belçikada Brüssel İncəsənət Məktəbinin Dekorativ İncəsənət və Rəngkarlıq Mərkəzində Daxili Memarlıq üzrə təhsil almışdır. O, hal-hazırda Lissabonda yaşayıb-yaradır. 1993-cü ildən etibarən, Mota mütamadi olaraq, həm öz ölkəsində həm də ölkəsindən kənarda fərdi və kollektiv sərgilər keçirir.
Onun əsərləri Portuqaliya, İspaniya, İtaliya, Belçika, Almaniya, Hollandiya, Danimarka, Meksika, ABŞ, Kanada və Braziliya (O, Braziliyanın Planalto Federal Prezident Sarayının daimi şəxsi kolleksiyasına əsəri daxil edilən ilk Portuqal və xarici rəssamdır. Bu kolleksiyadakı rəsm əsərinin ölçüsü 80x400 cm-dir.) daxil olmaqla bir sıra ölkələrdə nümayiş olunmuşdur. 1193-2002-ci illər yaradıcılığı rejissor Teresa Tome tərəfindən “Ruhun sərgüzəştləri” filmində lentə alınmışdır və bir sıra Portuqaliya televiziya kanllarının mədəniyyət proqramlarında işıqlandırılmışdır.

Nəşrləri:
EDİT Jurnalı, LUX Woman, URBANA Jurnalı
HABİTAT-Braziliya, HABİTAT Gözəl Üfüq
SƏNƏTLƏ ANLAŞMA: Azores İncəsənət Akademiyasının 30 illiyi

Mükafatları:
2017 “Rəssamlıqda 30 illik karyera”-MAC Müasir İncəsənət Hərəkatı