“Reinkarnasiya 5” layihəsi çərçivəsində “Zamanla üz-üzə” adlı sərgi

12.03.2019 - 14.03.2019

Tədbirin təntənəli açılışı: 12 mart 19:00
Sərgi Qalereyası
Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Qobustan Milli Tarix Bədii Qoruğu, Azərbaycan Rəssamlar İttifaqı, Muzey Mərkəzi

12 mart 2019-cu il tarixində Muzey Mərkəzinin Sərgi Qalereyasında Qobustan Milli tarix bədii qoruğunun təşkilatçılığı ilə “Zamanla Üz-Üzə” adlı sərginin açılışı mərasimi baş tutacaqdır. “Reinkarnasiya 5” layihəsi çərçivəsində təşkil olunacaq sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvlərinin hazırladığı, Qobustan mövzusunda 40-dan artıq orijinal iş nümayiş etdirilicəkdir. İşlər rəsm əsərləri, heykəltəraşlıq və keramika, video installasiya formatında təqdim olunur. 18-20 min il yaşı olan Qobustan qayaüstü təsvirlərini yeni interpretasiyada izləyiciyə çatdıran layihənin məqsədi Qobustanın mədəni irsinin təbliği ilə yanaşı incəsənət xadimlərində bu mövzuya marağı artırmaqdır.Azərbaycan ərazisində ən qədim incəsənət nümunələri hesab olunan Qobustan qayaüstü rəsmlərinə incəsənət xadimlərinin baxışını müasir yozumda əks etdirən sərgi Qobustan Milli tarix bədii qoruğunun təşkilatçılığı, Azərbaycan Rəssamlar İttifaqı və Muzey Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilir. Sərgi üç gün müddətində (12 mart saat 19:00 – da sərginin açılış günü, 13-14 mart saat 10:00-dan 18:00-dək ) ziyarətçilər üçün açıq olacaqdır.