Şəhidlərimizin əziz xatirəsinə ithaf olunmuş rəsm sərgisi

Sərgi Qalereyası
06.04.2021 - 20.04.2021

Hər birinizi Millət vəkili Könül Nurullayevanın təşəbbüsü və təşkilatçılığı ilə şəhidlərimizin əziz xatirəsinə ithaf olunmuş rəsm sərgisində iştirak etməyə dəvət edirik!
Sərgidə Azərbaycan rəssamları Şəmsəddin Əliyev və Elşən Abbasovun müəllifi olduğu 59 rəsm əsəri nümayiş etdiriləcəkdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Muzey Mərkəzində baş tutacaq ictimaiyyətə açıq rəsm sərgisində iştirak ödənişsizdir.