Məryam Ələkbərlinin “47” adlı fərdi sərgisi

Dairəvi zal, Sərgi Qalereyası
20.07.2023 - 31.07.2023

Bu fərdi sərginin qeyri-adi adı var. Bu ad, sözlərlə yox, rəqəmlə ifadə olunub. Bu rəqəm isə 47 rəqəmidir. Bu, məhz onunla bağlıdır ki, rəssam Məryam Ələkbərlinin orqanizmində 47 xromosom var. Adətən, hər bir insanın cəmi 46 xromosomu olur. Onun bədənində olan bu 47-ci xromosom həm xarici görünüşünü, həm də dünyaya olan baxışını tam dəyişdirən bir faktordur. Adətən, 47 xromosomu olan insanlar həmişə uşaq olaraq qalır. Bəzən onlara “günəşin balaları” belə deyirlər. Həqiqətən də, Məryamin əsərlərində biz parlaq günəşə və nur saçan işığa rast gəlirik.

Həmən bu sərgidə, muzey mərkəzinin 5 zalında onun 75 işi təqdim olunub. Birinci 3 zalda son illərdə yaranan əsərlər toplanıb. Bu əsərlərin sayı düz 47dir. Yəqin, bunun da rəmzi bir mənası var. Burada 3 tipli əsər nümayiş etdirilir. Burada olan mənzərələri eyniliklə təbiətdə görmək mümkün deyil. Bunlar, məhz Məryamin təxəyyülünün bəhrəsidir. Bu zallarda çox sayda natürmort nümayiş olunur. Azərbaycan torpağında yetişən meyvələrin və güllərin gözəlliyi bu əsərlərdə öz əksini tapıb. Qeyd etmək lazımdır ki, bu sərginin ən heyrətamiz fenomeni burada nümayiş olunan buketlərdir. Aydındır ki, nə təbiətdə, nə bizim ətrafımızda, nə də gül dükanlarında belə buketlər tapmaq mümkündür. Yalnız rəssamın fantaziyası bu tipli buketləri yaradıb, kətanda əks etdirməyə qadirdir.

Sərginin 4-cü zalında Məryamin, Antuan de Sent-Ekzüperinin “Balaca Şahzadə” əsərinə həsr olunmuş işlərinə rast gəlmək olar. Bəllidir ki, müəllif özü vaxtı ilə bu əsərə şəkillər çəkib. Yəqin, məhz buna görə də, Məryamin bu seriyasının adı “Mənim Balaca Şahzadəm” adlanır. Bu, həqiqətən də, müxtəlif planetlərdə yaşayan qeyri-adi personajların bir qalereyasıdır.

Bu əsərlərə əsaslanan animasiya filmi Cənubi Koreyada keçirilən festivalda yüksək mükafata layiq görülmüşdür. Bizim Azərbaycan Musiqi Teatrında isə bu əsərlərlə tərtibat alan Musical (myuzikıl) tamaşaya qoyulmuşdur.

Sərginin 5-ci zalında qobustanın qayaüstü rəsmlərinə həsr olunmuş əsərlər nümayiş etdirilir. Biz, artıq, hamımız öyrəşmişik ki, qobustanda hər bir şey, burada mövcud olan qayaların rəngini özündə ehtiva edir. Məryamin qobustan əsərlərində isə müxtəlif rənglər öz əksini tapıb. Burada qırmızı, sarı, yaşıl, mavi və göy rənglərə rast gəlmək olar. Qobustan petroqlifləri isə onun əsərlərində qızıl rəngdədir. Yəqin, burada da bir daxili məna var. Bu gün Məryamin işləri bütün dünya üzrə nümayiş etdirilir. Onun 92 əsəri müxtəlif şəxsi kolleksiyalardadır. Bu kolleksiyalar, Azərbaycanda və Fransada, Belgiyada və Amerikada, və digər ölkələrdə yaşayan sənətsevərlərin topladığı əsərlər məcmuəsindədir. Onun bir neçə işini isə Bakıda yerləşən Müasir İncəsənət Muzeyində görmək olar.