Karantin müddətində ziyarət etmə qaydaları

"Xüsusi karantin rejiminin uzadılması və sərtləşdirilmiş karantin rejimi dövründə tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2021- ci il tarixli 9 nömrəli qərarına əsasən muzey təşkilatlarının ictimai fəaliyyəti yenidən başladıldı.

Karantin müddətində muzeyləri ziyarət etmə qaydaları

- Muzeyin binasında olarkən ziyarətçilər tibbi maskalar taxmalıdırlar.
- Girişdə ziyarətçilərin hərarəti ölçülür və əlləri antiseptiklə dezinfeksiya edilir.
- Həm sərgidə, həm də foyedə ziyarətçilər arasında 2 metr məsafə saxlanılmalıdır. Döşəmə buna uyğun olaraq işarələnməlidir.
- Sərgi zalında eyni vaxtda iştirak edən ziyarətçilərin sayı məhdudlaşdırılmalıdır: hər qrupda 10 nəfərdən çox ziyarətçi olmamalıdır.