“Gömrükçü həyatı” adlı fotosərgi

27.12.2016 - 30.12.2016

Tədbirin təntənəli açılışı: 27 dekabr 17:00, Dairəvi zal
Sərginin iş saatları: 28 – 30 dekabr, saat 10:00-dan 18:00-dək
Sərgi Qalereyası
Təşkilatçılar: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyi

16 – 20 dekabr tarixlərində Muzey Mərkəzinin Sərgi Qalereyasında gənc rəssam Tamilla Gasanovanın “Gözəlliyin bir anı” adlı fərdi sərgisi keçiriləcəkdir.

30 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 ili tamam olur.
Müstəqil Azərbaycan gömrüyü Azərbaycan Respublikasının dövlət müstəqilliyi ilə demək olar ki, həmyaşıddır. Dövlət Gömrük Komitəsi istiqlaliyyətimizin bərpasından cəmi üç ay sonra - 1992-ci il yanvarın 30-da yaradılmışdır.
Həmin illərdə Dövlət Gömrük Komitəsi yaradılsa da, mürəkkəb ictimai-siyasi vəziyyət gömrük orqanlarının formalaşmasına imkan vermirdi.
Azərbaycan Respublikasının gömrük sistemi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilən siyasətə uyğun olaraq formalaşmış və inkişaf edərək çoxfunksiyalı kompleksə çevrilmişdir.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan gömrüyünün öz qabaqcıl ənənələrinin davam etməsini və daha da təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayır. Fəxrlə deyə bilərik ki, Azərbaycanda dünyanın ən təkmil gömrük sistemlərindən biri fəaliyyət göstərir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illiyi münasibətilə təşkil olunan “Gömrükçü həyatı” adlı fotosərgidə Dövlət Gömrük Komitəsinin əməkdaşı Aydın Mehdiyevin müəllifi olduğu foto-şəkillər sərgilənir.
Azərbaycanda indiyədək bir sıra sərgiləri keçirilən Aydın Mehdiyev, eyni zamanda, ölkə xaricində təşkil olunan fotosərgilərə qatılıb.
O, bp şirkətinin Avropa paytaxtlarında - London, Paris, Cenevrə və digər şəhərlərdə keçirdiyi “Azərbaycan obyektivdə” adlı fotosərgidə iştirak edib, ABŞ-ın nüfuzlu “View Bug” fotomüsabiqəsində isə onun əsəri peşəkar fotoqrafların müsabiqəyə təqdim etdikləri 116 min foto arasında ilk onluğa düşüb.
2012-ci ildə Azərbaycanda “İlin fotoqrafı” adını qazanan Aydın Mehdiyev elə həmin ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Azərbaycan diasporu Rusiyada” adlı fotosərginin iştirakçısı olub. Fotoqraf, həmçinin, Sankt-Peterburq şəhərindəki B.N.Yeltsin adına Prezident Kitabxanasında keçirilən fotomüsabiqədə isə “Müasir texnologiyalar” nominasiyası üzrə I yerin sahibi olub.
“Gömrükçü həyatı” adlı fotosərgidə Aydın Mehdiyevin müəllifi olduğu 120 şəkil sərgilənir. Azərbaycan gömrüyünün gündəlik iş fəaliyyətini əks etdirən bu fotolar 2016-cı ilin oktyabr-noyabr aylarında, cəmi bir neçə gün ərzində Bakı Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Astara, Balakən, Biləsuvar, Tovuz, Xaçmaz, Culfa, Sədərək, Şahtaxtı və digər gömrük idarələrində çəkilib.
Sərgilənən fotolar inkişaf etmiş infrastruktura malik olan Azərbaycan gömrük xidmətinin quru, hava və dəniz yollarında ölkəmizin iqtisadi mənafeyini və təhlükəsizliyini hansı səviyyədə qorumasından, qaçaqmalçılığa qarşı necə mübarizə aparmasından, ümumiyyətlə, gömrük əməkdaşlarının fəaliyyətindən bəhs edir.
Ümidvarıq ki, bu sərgi Dövlət Gömrük Komitəsinin 25 illik yubileyi ərəfəsində Azərbaycan gömrüyünün zəngin nailiyyətlərinə nəzər salmaq üçün daha bir əyani vasitə olacaq.

27 – 30 dekabr tarixlərində Muzey Mərkəzinin Sərgi Qalereyasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illiyi münasibəti ilə “Gömrükçü həyatı fotolarda” adlı sərgi keçiriləcəkdir.