Gənc rəssam Tamilla Gasanovanın “Gözəlliyin bir anı” adlı fərdi sərgisi

16.12.2016 - 20.12.2016

Tədbirin təntənəli açılışı: 16 dekabr 19:00, Dairəvi Zal
16 dekabr giriş dəvətnamə ilədir
Sərginin iş saatları: 17 – 20 dekabr, saat 10:00-dan 18:00-dək
Sərgi Qalereyası
Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Muzey Mərkəzi

16 – 20 dekabr tarixlərində Muzey Mərkəzinin Sərgi Qalereyasında gənc rəssam Tamilla Gasanovanın “Gözəlliyin bir anı” adlı fərdi sərgisi keçiriləcəkdir.

Müasir incəsənətdən söhbət açılanda sıravi tamaşaçı bu cərəyanın yeni yaradıldığını güman edir. Bu həm belədir, həm belə deyil. Geniş mənada müasir incəsənət hal-hazırda yaranan bir məfhumdur. Bizə lazım olan dar mənada isə müasir incəsənət, incəsənətlə elm, texnika və həyat arasındakı sərhəd sahəsinə daxil olan tendensiya və hadisələrdir. Burada həqiqətən də son addımda qəbul ediləcək bir şey yoxdur, bu bir təcrübə sahəsidir. Əsas xüsusiyyət olan mübahisəlilik isə aksiom deyil, fərziyyədir. Ancaq, hər şey bədii nəbzdən yaranır.Demək olarmı ki, Tamilla Gasanovanın işləri özündə bu gün müasir incəsənətdə mövcud olan müəyyən ideya və əhval-ruhiyyəni ehtiva edir? Əlbəttə ki, olar. Bu, emosiyalar, həyat gözəlliyi və incəsənət arasında əlaqələndirici vasitədir. Tamilla Gasanova bizə sakit, əlvan elementlər və rəngin harmoniyası ilə tamamlanmış gözəlliyi göstərir. Rəssamın işlədiyi üslub kifayət qədər fərqlidir; realizmdən abstraktsionizmə, klassik tərzdən impressionizmə qədər. Bu da anlaşılandır, çünki dünya o qədər müxtəlifdir ki, onun bütün tərəflərini eyni tərzdə təsvir etmək sadəcə mümkün deyil. Tamilla Gasanovanın işləri müxtəlif janrlarda təqdim olunur, peyzaj və portretlər, milli natürmortlar və ifadəli abstraksiyalarla əvəz olunur. Portretlər tez-tez görmələr halında yaranan xatirələri özündə təcəssüm etdirir və bu elə bir məqamdır ki, onları görə bilmək, öz qavramında qeyd etmək və rəsm əsərinə çevirmək əsl gözəllikdir. Portret üzərində işləyərkən rəssam öz qarşısında ruhun bütün dəyişkənliyini kağıza köçürmək məqsədi qoyur. O, bizim gündəlik həyatımızda cəmiyyətə ötürdüyümüz əhval-ruhiyyəni, obrazı çatdırmağa çalışaraq insanın rəngarəng, işıqlı və səciyyəvi xususiyyətlərini vurğulayaraq təsvir edir.Lakin bunun əksinə olaraq, peyzajlar kosmik təbiətin əksini bizə göstərir. Real landşaftla yetkin insanın düşüncələri ilə vəhdəti də “Əbədiyyət cəvahiratı axtarışında”, “Təbiət ahəngi” və s. işlərin məzmununu təşkil edir.Rəssamın çox yönümlüyüyü özünü hər şeydə büruzə verir: sənətindən, janrların müxtəlifliyindən tutmuş, müxtəlif profilli ali təhsilə qədər.Tamilla Gasanova Moskvada art biznes və antikvariat İnstitutunu, sənətşünaslıq və əntiq əşyalarının atribusiya əsasları fakultəsini bitirib. Surikov adına Moskva Dövlət İncəsənət İnstitunda oxuyub, həmçinin Plexanov adına Rusiya İqtisadiyyat Universitetini bitirib və cilalanmış almazların qiymətləndirilməsi üzrə ekspert diplomu əldə etmişdir.Rəssam hər hansı sehrli və görünməyən məişət baxışından, həyat bucağından, ani detaldan və ya ani həmsöhbətin baxışının diqqətsizliyindən ruhlanır. Ruhlandırıcı peyzaj və heyrətləndirici portretlər bu yolla yaranır. Tamilla Gasanova yaratdığı işlərlə insanların həyatına gözəllik, sevinc və harmoniya gətirəcəyinə ümid edir. Axı müasir incəsənət tolerantlıq, fikir müxtəlifliyinə səbrli yanaşma kimi xüsusiyyətlərin yaranmasına səbəb olur. Müasir incəsənət hər zaman belə deyir: müxtəlif insanlar, müxtəlif fikirlər deməkdir.müsabiqənin qalibi seçilmişdir.