Сайт создан при финансовой поддержке Бюро ЮНЕСКО в Москве
Azərbaycan Respublikası
Mədəniyyət və Turizm
Nazirliyinin Muzey Mərkəzi
İçindəki
Fəaliyyət konsepsiyası

Bu gün Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzi insanların mədəniyyət, incəsənət və elm aləminə qovuşa biləcəyi, paytaxt ziyalılarının öz asudə vaxtlarını gözəl və səmərəli keçirə biləcəyi bir məkandır.
Məhz burada böyük müvəffəqiyyətlə müasir Azərbaycanın klassik və konseptual incəsənət sərgiləri, məşhur rəssamların yubiley və fərdi sərgiləri, gənc rəssamların və addımlarını yeni-yeni atan sənətkarların debüt yaradıcılığı nümayiş olunur.
Muzey Mərkəzini həqiqətən şəhərimizin ən aktiv mədəni fəaliyyət mərkəzi adlandırmaq olar. Sərgi Qalereyası şəhərimizin ən böyük və gözəl sərgi qalereyalarından biridir. Akt zalı müxtəlif tədbirlərin, dəbdəbəli Dairəvi zal isə təqdimat və açılış mərasimlərinin keçirilməsi üçün nadir məkanlardır.
Son illər Muzey Mərkəzi şəhərimizin aktiv ziyarət olunan mədəniyyət mərkəzinə, müxtəlif tədbirlərin, o cümlədən, YUNESKO-nun, BMT-nin Beynəlxalq konfranslarının, TÜRKSOY-un, MDB dövlətlərinin mədəni əməkdaşlıq üzrə yığıncaqlarının, seminarların, kollegiyaların, müxtəlif xarakterli təqdimat mərasimlərinin, plenumların, mətbuat konfranslarının, görkəmli siyasi və mədəniyyət xadimlərinin xatirə gecələrinin, bal rəqsləri müsabiqələrinin, konsertlərin, sərgilərin, foto və müasir incəsənət festivallarının, tanınmış və gənc rəssamların fərdi sərgilərinin və s.-nin keçirildiyi sevimli bir məkana çevrilmişdir. 2005-ci ildə Muzey Mərkəzində yeni mədəni proqramların işlənib hazırlanması və geniş profilli tədbirlərlə məşğul olan mədəni quruculuq və beynəlxalq əlaqələr şöbəsi yaradıldı. İşdə mədəniyyət sahəsində menecment və marketinqin ən yeni formaları (sponsorlarla iş, qonaq qəbulu xidməti, məlumat xidməti şöbəsi – resepşn), “Muzeyin Dostları” klubunun təşkili, korporativ gecələrin keçirilməsi, reklam və s. tətbiq edilir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzi Rusiyanın, Gürcüstanın, ABŞ-ın, Fransa və Almaniyanın muzeyləri ilə çox sıx əməkdaşlıq edir.
Nəticədə burada yaradıcılıq mühiti və mədəni sənayelərin inkişafina müsbət şərait yaradılacaqdır. Ziyarətçilər və tamaşaçılar hansısa bir məqsədlə bura gələndə, (məsələn, sərgi baxışına) digər zalda gördüklərindən daha artıq bəhrələnəcəklər. Mədəniyyətin müxtəlif sahələrinə maraq və yaradıcılığa tələbat artacaq və mədəniyyətin yeni sahələri yaranacaq. Eyni zamanda bu obyekt bütöv Azərbaycan irsinin vizit kartina çevriləcək, tamaşaçıları maraq üzrə digər muzeylərə, tarixi əhəmiyyət kəsb edən digər obyektlərə, rayonlara, teatrlara göndərəcək. Xarici qonaqlar və turist qrupları təkcə bu obyekti ziyarət etməklə bizim zəngin mədəniyyətimiz haqqında geniş informasiya alacaqlar.
Xəbərlər
Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin Muzey Mərkəzində “Rus muzeyi: virtual filial” informasiya- maarifləndirici mərkəzinin açılışı

2008-ci il, aprelin 9-da Muzey Mərkəzinin akt zalında “Rus muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzinin açılışı oldu. Bu mərkəz YUNESKO-nun Moskva bürosunun, Dövlət Rus muzeyinin və Sankt Peterburq hökumətinin xarici əlaqələr лomitəsinin dəstəyi ilə həyata keçmişdir. İlk dəfə olaraq Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyinin bazasında Rus muzeyinin virtul filialı işə başladı.Açılış mərasimində Sankt-Peterburq və Bakı arasında videokonfransəlaqə seansı keçirildi...>>>







