Muzey Mərkəzi  Facebook-da
museum_youtube
Rus muzeyi

Akt zalı





Akt zalı (240 m²) 150 nəfərlik olub binanın ikinci və üçüncü mərtəbələri arasında yerləşir. Burada müxtəlif tədbirlər: konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, işgüzar yığıncaqlar, kollegiyalar, konsertlər, yaradıcı təşkilatların və ittifaqların qurultayları, kino-axşamları və bal rəqsləri müsabiqələri keçirilir. Bu bərbəzəkli yer keçən əsrin memarlığı, bugünkü avrodizaynın yenilikləri ilə çox uğurlu bir vəhdət təşkil edir.

Zal lazımi avadanlıqlarla təchiz olunmuşdur. Buradakı stol və stullar tədbirin xarakteri və təyinatından asılı olaraq sərbəst yerini dəyişib istənilən halı ala bilər.

Bu zalda çoxlu maraqlı və rəngarəng tədbirlər keçirilib. Onların arasında “Türksoy”-un toplantısı, MDB mədəniyyət nazirlərinin müşavirəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Avropa Şurası ilə birgə keçirdiyi müşavirə, Mədəniyyət Nazirliyi və YUNESKO-nun “İçəri Şəhər” mədəni irsinin qorunub saxlanmasına dair Beynalxalq Konfransı, Azərbaycan xalçası və xalq tətbiqi sənəti üzrə seminarlar, SOROS fondunun seminarları, Azərbaycanda Frakfoniya günləri, bal rəqsləri müsabiqələri, bir sıra tanınmış elm, incəsənət və mədəniyyət xadimlərinin xatirə gecələri, Azərbaycan estrada ifaçılarının klip və disklərinin təqdimatları, “Rus Muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzin açılışı, Çingiz Fərzəliyevin Azərbaycan rəngkarlığının antologiyası kitabının təqdimatı, Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş Beynəlxalq Kulturoloqlar Forumu, İKOM-un müşavirəsi, “Bakı İslam mədəniyyətinin paytaxtı-2009” vebsaytının təqdimatı, Azərbaycan qadın bəstəkarlarının konserti, dəyirmi masa arxasında yığıncaqlar və s. yer almışdır.

holokost_right
ital_photo_exhibition_right
reflections_right
winter_exhibition_2011_right
children_tusi_exibition_2011_right
cinema_right
art_steps_right
georgia_children_exhibition_right
dolls_2011_right
margarita_poster_right
children_exhibition_right
narkotik_right
iran_azerbaijan_right
batic_exhibition_right
dialog_india_right
theatre_duym_right
leto_3
gallery_right_2
Muzey-tədris programı
Fedor Bruni