Muzey Mərkəzi  Facebook-da
museum_youtube
Rus muzeyi

Binanın təsviri


Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzi şəhərin mərkəzində və Dənizkənarı Milli Parkın (Neftçilər pr.123ª) lap yaxınlığında yerləşir.Muzey Mərkəzinin binası dördmərtəbəlidir, ümumi sahəsi 46.800 m³-dir. Binanın layihəsi memar Həsən Məcidov tərəfindən işlənib və Kommunist partiyasının dahi rəhbəri V.İ.Leninin yubileyi üçün 1961-ci ildə Moskva Lenin Muzeyinin filialı kimi istifadəyə verilib. O zaman bu, respublikada muzey üçün inşa edilmiş yeganə bina idi. Bu bina dövlət tərəfindən qorunan ən maraqlı memarlıq abidəsi sayılırdı. Fasad milli ornamentlərlə bəzədilib və enli pilləkənlər və möhtəşəm sütunlar onun əzəmətini artırır.

1991-ci ildə Sovetlər İttifaqının süqutundan sonra bina Mədəniyyət Nazirliyinə verildi və Muzey Mərkəzi adını aldı. Son illər Muzey Mərkəzi şəhərimizin fəal ziyarət olunan mədəniyyət mərkəzinə çevrildi və müxtəlif tədbirlərin keçirilməsi üçün ən sevimli yerlərdən biri oldu.

Hal-hazırda binada üç muzey yerləşir: Azərbaycan Xalçası və Xalq Tətbiqi sənəti Dövlət Muzeyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan İstiqlal Muzeyi və Azərbaycan Dövlət Din Tarixi Muzeyinin fondu.

holokost_right
ital_photo_exhibition_right
reflections_right
winter_exhibition_2011_right
children_tusi_exibition_2011_right
cinema_right
art_steps_right
georgia_children_exhibition_right
dolls_2011_right
margarita_poster_right
children_exhibition_right
narkotik_right
iran_azerbaijan_right
batic_exhibition_right
dialog_india_right
theatre_duym_right
leto_4
gallery_right_1
Muzey-tədris programı
Portret