Muzey idarəetməsi – YUNESKO/İCOM-un (Beynəlxalq Muzeylər Şurası) MDB dövlət iştirakçıları üçün regional treninqi

Muzey idarəetməsi – YUNESKO/İCOM-un (Beynəlxalq Muzeylər Şurası) MDB dövlət iştirakçıları üçün regional treninqi

Muzey Mərkəzinin mədəni quruculuq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Əminə Məlikova 2008-ci il, iyunun 29-dan iyulun 6-dək YUNESKO/İCOM-un MDB dövlət iştirakçıları üçün təşkil etdiyi “Muzey idarəetməsi” adlı regional treninqdə iştirak etmişdir. Treninqin proqramı muzey əməkdaşlarının peşəkar tədris olunması sahəsində YUNESKO tərəfindən işlənmiş metodikalar əsasında hazırlanmışdı.

Treninqin gedişində iştirakçılar müasir muzey fəaliyyətinin əsas aspektlərini özündə ehtiva edən bir çox mühüm məsələləri : peşəkar etika problemi, təhlükəsizliyin təmini, muzey sənədləşməsinin inkişaf istiqaməti, elmi təsvir məsələsi, kolleksiyaların mühafizəsi və qorunması kimi məsələləri müzakirə etdilər.

Treninq YUNESKO və İCOM tərəfindən işlənib hazırlanmış muzeylərin idarəolunması üzrə elmi vəsaitlər və təcrübi əsaslar komplekti əsasında muzey işçilərinin müasir menecmentə dair tədrisi üzrə təlimatçıların hazırlanması məqsədilə YUNESKO-nun Moskva bürosunun, YUNESKO-nun Alma-Atadakı Klaster bürosunun və YUNESKO-nun Özbəkistan nümayəndəliyinin birgə təşkilatçılığı və maliyyə dəstəyi ilə hazırlanmışdı.