“21-ci əsrin yeni üfüqləri”: Beynəlxalq seminar “Muzeylər yeni tamaşaçı axtarışlarında”. Müasir muzey menecmenti – 1-ci hissə

“21-ci əsrin yeni üfüqləri”: Beynəlxalq seminar “Muzeylər yeni tamaşaçı axtarışlarında”. Müasir muzey menecmenti – 1-ci hissə

YUNESKO-nun Moskva bürosu
Mədəni Siyasət İnstitutu
Dövlət xatirə və təbiət qoruğu – “L.N.Tolstoyun malikanə-muzeyi “Yasnaya Polyana”

Yasnaya Polyana, Rusiya
25-30 oktyabr, 2004-cü il

Muzey Mərkəzinin direktoru Liana Vəzirova 2004-cü il, oktyabrın 25-dən 30-dək YUNESKO-nun Moskva bürosu, Mədəni Siyasət İnstitutu və “L.N.Tolstoyun malikanə-muzeyi “Yasnaya Polyana” Dövlət xatirə və təbiət qoruğu tərəfindən təşkil olunan “Muzeylər yeni tamaşaçı axtarışlarında. Müasir muzey menecmenti” adlı Beynəlxalq seminarda iştirak etmişdir.

Seminar keçirildiyi müddət ərzində iştirakçılar - bir çox ölkələrin muzey işi mütəxəssisləri arasında təcrübə mübadiləsi aparıldı və aşağıdakı məsələlərə toxunuldu:
- 21-ci əsrdə mədəniyyət və mədəni menecmentin yeni perspektivləri
- muzey məqsədlərini dəyişmə
- muzeydə yeni yanaşmalar - yeni tərtibatlar - yeni kadrlar
- muzey tamaşaçısının qayğıları

Beynəlxalq seminar-treninqin iştirakçıları Yasnaya Polyanada L.N.Tolstoyun Muzey - Xatirə Evinə, Tula və Tolyattidə bir neçə muzeyə səyahət etdilər.

Bir sıra təcrübi məşğələlər, təqdimatlar, videofilmlərin nümayişi, seminarın nəticələrinin müzakirəsi həyata keçirildi, yeni xarici əlaqələr təşkil edildi və yeni görüşlər planlaşdırıldı.