“21-ci əsrin yeni üfüqləri”: muzeylərdə fandrayzinq, marketinq və kommersiya fəaliyyəti– 2-ci hissə

“21-ci əsrin yeni üfüqləri”: muzeylərdə fandrayzinq, marketinq və kommersiya fəaliyyəti– 2-ci hissə

YUNESKO və Gürcüstan Muzeyləri Assosiasiyasının təşkil etdiyi Beynəlxalq seminar

Tbilisi, Gürcüstan
26 iyun – 1 iyul, 2005-ci il

Muzey Mərkəzinin direktoru Liana Vəzirova 2005-ci il, iyunun 26-dan iyulun 1-dək Gürcüstanın Tbilisi və Tabaxmelo şəhərlərində YUNESKO və Gürcüstan Muzeyləri Assosiasiyasının təşkil etdiyi “21-ci əsrin yeni üfüqləri: muzeylərdə fandrayzinq, marketinq və kommersiya fəaliyyəti” adlı Beynəlxalq seminarın iştirakçısı olmuşdur.

Seminar müddətində xüsusilə muzey aləmində daha çox aktual olan məsələlər müzakirəyə çıxarılmışdı:
- muzeydə marketinq. Marketinqdə prioritet məsələlər. Müştərək marketinq sistemləri
- Effektiv piar. İctimaiyyətlə əlaqələr
- Fandrayzinqin tətbiqi və qrant ərizələrinin göndərişi.

Seminarın YUNESKO-dan olan icraçı ekspertləri: Barbara Vorontsov, Syuzan Rinyard, Syuzan Oqq, cənab Levi-Straus.