"Şərq-Qərb dünyası uşaqların gözü ilə" beynəlxalq rəsm müsabiqəsi

01.06.2009 - 02.06.2009

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 2009-cu il 1-2 iyun tarixlərində Bakı şəhərində "Şərq-Qərb dünyası uşaqların gözü ilə "beynəlxalq rəsm müsabiqəsini keçirmişdir. Müsabiqə uşaq yaradıcılığının inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması, beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi, müxtəlif xalqların mədəniyyətləri ilə tanışlıq vasitəsilə uşaqlar arasında dostluq əlaqələrinin yaradılması məqsədi daşıyırdı.

Sivilizasiyalararası dialoqun qlobal səviyyədə bəşəriyyətin ən vacib ehtiyaclarından birinə çevrildiyi, mədəni çeşidliyin müasir cəmiyyətin əsas mövcudluq şərtlərindən biri olduğu zamanda mədəniyyətlərarası dialoq mənəvi zənginlik mənbəyinə çevrilərək xalqlar arasında qarşılıqlı anlaşmanın, barışıq və tolerantlığın möhkəmlənməsinə xidmət edir. Gənc nəslin dünya xalqlarının mədəniyyətinə marağını artırmaq, uşaqları kiçik yaşlarından digər xalqların mədəniyyətinə hörmət ruhunda tərbiyə etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mədəniyyətlərarası dialoqa həsr edilmiş tədbirlər sırasında uşaq və yeniyetmələrin iştirakı ilə keçirilən tədbirlərə böyük önəm verir.

"Şərq-Qərb dünyası uşaqların gözü ilə" beynəlxalq rəsm müsabiqə- sərgisinin açılışı 2009-cu il, 1 iyun tarixində –Beynəlxalq Uşaqları Müdafiə Günündə Muzey Mərkəzinin Sərgi Qalereyasında oldu. Müsabiqədə iştirak etmək üçün Azərbaycan, Belarusiya, Bolqarıstan, Çin, Filippin, Gürcüstan, Honq-Konq, İsrail, Qatar, Qazaxıstan, Latviya, Misir, Rusiya, Tailand, Türkiyə, Ukrayna, Pakistan, Polşa və s. ölkələrdən 5-15 yaşlı uşaqların 2000-ə yaxın rəsm əsəri daxil olmuşdu. Müsabiqənin Əsasnaməsinə müvafiq olaraq bunlardan ən yaxşı 300 əsər seçilərək sərgidə nümayiş etdirilirdi.

Müsabiqənin münsiflər heyətinin sədri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, respublikanın əməkdar incəsənət xadimi Ənvər Qarayev idi. Münsiflər heyətinin tərkibinə isə Azərbaycan Rəssamlar İttifaqının katibi, respublikanın xalq rəssamı Ağəli İbrahimov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, respublikanın əməkdar incəsənət xadimi Arif Əziz, habelə Özbəkistan Rəssamlıq Akademiyasının Sənətşünaslıq üzrə Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri, sənətşünaslıq doktoru Nigora Əhmədova və «Kukolnı master» jurnalının baş redaktoru, Rusiya Jurnalistlər İttifaqının üzvü, Rusiya Dizaynerlər İttifaqının üzvü Olqa Laxina daxil olmuşdu.

1. Münsiflər heyətinin qərarına əsasən aşağıda adları göstərilən müsabiqə iştirakçıları müvafiq yaş qrupları üzrə diplom, medal və hədiyyəyə layiq görülmüşlər:
5-8 yaş qrupu üzrə
I dərəcəli diplom, medal və hədiyyə

1) Yedikat Erkay - Türkiyə Respublikası

II dərəcəli diplom, medal və hədiyyə

1) Həsənov Seymur - Azərbaycan Respublikası
2) Farah Essam Badavi - Misir Ərəb Respublikası

III dərəcəli diplom, medal və hədiyyə

1) Qrineviç Diana - Belarusiya Respublikası
2) Neimane İnqa - Latviya Respublikası
3) Seyidxəlilov Əhməd-Mustafa - Ukrayna

9-12 yaş qrupu üzrə
I dərəcəli diplom, medal və hədiyyə

1) Quliyeva Fidan - Azərbaycan Respublikası

II dərəcəli diplom, medal və hədiyyə

1) Alfahd Ravda Abdel Rahmen - Qatar
2) Rudenko Valeriya - Rusiya Federasiyası

III dərəcəli diplom, medal və hədiyyə

1) Kirill Georgiyev Kirilov - Bolqarıstan Respublikası
2) Vu Fei - Çin Xalq Respublikası
3) Qurbanov Çingiz - Gürcüstan

13-15 yaş qrupu üzrəI dərəcəli diplom, medal və hədiyyə

1) Teodora İvalinova Tinçeva - Bolqarıstan Respublikası

II dərəcəli diplom, medal və hədiyyə

1) Marqalit Lenk - İsrail
2) Jirarat Sukraseranee - Tailand

III dərəcəli diplom, medal və hədiyyə

1) Nağıyeva Ulduz - Azərbaycan Respublikası
2) Naveed - Pakistan
3) Yumaquzina Dilara - Rusiya Federasiyası

2. Aşağıda adları göstərilən müsabiqə iştirakçıları Fəxri Fərmana layiq görülmüşlər:

1) Axundov Tahir - Azərbaycan Respublikası
2) Cəfərli Vüsalə - Azərbaycan Respublikası
3) Manaflı Asiyat - Azərbaycan Respublikası
4) Məmmədli Arəstə - Azərbaycan Respublikası
5) Zomarev Aleksey - Belarusiya Respublikası
6) Kovalçuk Yevgeni - Belarusiya Respublikası
7) Jeludeva Liza - Belarusiya Respublikası
8) Çin Hiu Lam - Çin Xalq Respublikası
9) Abdulla Mariam Mohamed - Qatar
10) Rupman Anna - Latviya Respublikası
11) Omar Mohamed Gomaa - Misir Ərəb Respublikası
12) Rehab Mahmud Mekavi - Misir Ərəb Respublikası
13) Jana Badavi- Misir Ərəb Respublikası
14) Novak Ania - Polşa Respublikası
15) Bartek Eitminoviç- Polşa Respublikası
16) Adamçik Nataliya- Polşa Respublikası
17) Volska Nikola - Polşa Respublikası
18) Korepanova Aleksandra - Rusiya Federasiyası
19) Süleymanova İrina - Rusiya Federasiyası
20) Repina Liza - Rusiya Federasiyası
21) Yeliseyeva Darya - Rusiya Federasiyası
22) Babanova Olqa - Rusiya Federasiyası
23) Makarov Artyom - Rusiya Federasiyası
24) Demir Sila - Türkiyə Respublikası
25) Sinem Kargin - Türkiyə Respublikası
26) Mahmud Demir - Türkiyə Respublikası
27) Feyzanur Çakmak - Türkiyə Respublikası
28) Ezgi Özcan - Türkiyə Respublikası
29) Ayşenaz Özdemir - Türkiyə Respublikası
30) Par İpek - Türkiyə Respublikası