Mədəniyyət və incəsənət xadimlərinə fəxri adların verilməsi mərasimi

25.11.2009

Dairəvi Zal
Təntənəli açılış: 16:00
Təşkilatçı: Mədəniyyət və Turizm Nazirliyi

2010-cu il, aprelin 7-də Muzey Mərkəzinin Dairəvi Zalında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkə başçısının 2009 - 10-cu illərdə imzaladığı sərəncamlara əsasən fəxri adların təqdimat mərasimi keçirildi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fəxri adlara layiq görülən mədəniyyət və incəsənət xadimlərinin dünyanın bir çox ölkəsində çıxış edərək Azərbaycanın adını yüksəklərə qaldırdıqlarını vurğuladı: "Bu şəxslər Azərbaycanın parlaq simalarıdır. Onlar əməlləri, istedadları ilə sübut etdilər ki, daim inkişafda olan Azərbaycan mədəniyyətinin əvəzolunmaz nümayəndələridirlər. Hər kəs fərəh hissi keçirməlidir ki, belə insanlarla bir dövrdə yaşayıb".
Çıxışdan sonra fəxri adların təqdimatı keçirildi. Fidan Qasımova, Zəlimxan Yaqub, Canəli Əkbərov "Şərəf", Xumar Zülfüqarova, Ağaxan Abdullayev, Hacı Murad Yegizarov "Şöhrət" ordenləri, Aqalliyay Pelumb, Alla İsakadze əməkdar müəllim, Nəzifə Əliyeva, Züleyxa Nəcəfzadə "Tərəqqi" medalı, Naidə İsmayılzadə isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olundular.