N. Tusi adına gimnaziyanın şagirdlərinin Respublika günü, Uşaqların Beynəlxalq Müdafiəsi günü və Sara Manafovanın xatirəsinə həsr olunmuş sərgisi və konserti

04.06.2010

Akt Zalı
Sərgi Qalereyası
Vaxt: 14:00
Təşkilatçı: N.Tusi adına gimnaziya

2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzi “Muzey – uşaqlar üçün” adı altında çoxlu sayda tədbirlər keçirir. Bura tematik mühazirələr, uşaq rəsm sərgiləri, tamaşalar, bayram çıxışları və s. aiddir. Muzey Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri uşaq rəsm sərgilərinin təşkilidir. Hər il Uşaqların Beynəlxalq Müdafiəsi günündə, Muzey Mərkəzində N. Tusi adına gimnaziyanın şagirdlərinin Əməkdar incəsənət xadimi Sara Manafovanın xatirəsinə həsr olunmuş sərgisi keçirilir. Bu sərgilər hər il əsl uşaq bayramına çevrilir. Bütün işlər xüsusi komissiya tərəfindən yoxlanılır və qaliblər diplomlarla təltif olunur. 4 iyun 2010-cu il tarixində sərgidən əlavə N. Tusi adına gimnaziyanın şagirdləri dahi bəstəkar Tofiq Quliyevin əsərlərindən parçalar, həmçinin rus və ingilis dilində mahnılar ifa etdilər. Bayram tədbirinin gənc iştirakçıları bir neçə rəqs nömrəsi də nümayiş etdirdilər.