Muzey işçilərinin seminarı

20.10.2010

Akt Zalı
Vaxt: 11:00
Təçkilatçı: Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə elmi-metodiki mərkəzi

20 oktyabr 2010-cu il tarixdə Muzey Mərkəzinin Akt zalında Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən “Muzeylərdə ekspozisiya işinin təkmilləşdirilməsi” mövzusunda seminar keçirilmişdir.
Seminarın işində Mədəniyyət və Turizm Nazirliyinin, Muzey sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin, Milli Azərbaycan Tarixi Muzeyinin, N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin, R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndələri, habelə muzeylərin rəhbərləri və əməkdaşları iştirak edirdilər.
Tədbirdə mövzu ətrafında “Azərbaycan mədəniyyətinin inkişafında muzeylərin rolu”, “Tarix-diyarşünaslıq muzeylərinin ekspozisiyasının təşkili xüsusiyyətləri”, “Ekspozisiyanın məzmunu və fond işinin təşkili”, “N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin ekspozisiyasında elmilik və tarixilik prinsipləri”, “Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin yeni ekspozisiyası haqqında” və digər məruzələr dinlənildi.
Seminarın keçirilməsində əsas məqsəd muzeylərin ekspozisiya işində elmilik, tarixilik prinsipləri gözlənilərək ideya və məzmununa, ekspozisiya işinin təşkili xüsusiyyətlərinə dair yeni biliklərin əldə edilməsi olmuşdur.