“Qış vaxtı...” müasir incəsənət sərgisi

24.12.2011 - 11.01.2012

Sərgi Qalereyası
Vaxt: 18:00
Təşkilatçı: Muzey Mərkəzi

Muzey Mərkəzi çoxillik mövsümi sərgiləri çərçivəsində tamaşaçılara “Qış vaxtı” adlı vernisajı təqdim etdi. Sərgidə 38 müəllifin əsərlərini görmək olardı – Bəyim Hacızadə, Marqarita Kərimova-Sokolova, İrina Eldarova, Ənvər Əsgərov, Mais Əliyev, Əmrulla İsrafilov, Teymur Rüstəmov, Mahmud Rüstəmov, Emin Əsgərov, Anar Hüseynzadə, Məmməd Rəşidov, Vüqar Əli, Gündüz Ağayev və başqaları. “Ağ mövsüm’’ün ənənəvi mövzusu bu dəfə təşkilatçılar tərəfindən fəlsəfi yolla təqdim olunmuşdu. Muzey Mərkəzinin direktoru və sərginin kuratoru Liana Vəzirova sərginin konsepsiyası haqqında belə deyir : Qış vaxtı gündəlik həyatın səs - küyündən ayrılmaq, bir çox şey haqqında fikirləşmək üçün ən yaxşı vaxtdır. Yeni il bayramı sadəcə bir əyləncə vaxtı deyil, dəyərləri yenidən düşünmək həm də yeni planlar qurmaq vaxtıdır. Məhz bu vaxt biz gündəlik həyatın səs – küyündən ayrılıb, arzu tutub onların çin olmasını gözləyirik. Bunu iştirakçılarımızın sərginin mövzusuna yanaşmasında da hiss etmək olar. Bildiyimiz kimi mövsümi layihə bir qədər geniş mövzu çərçivəsinə malikdir, lakin çox sərbəstdir, rəssamların fikirlərini, duyğularını və arzularını özündə cəmləşdirir. Hər bir yaradıcı insan təbiətdə baş verən dəyişikliklərə onun özünəməxsus gözü ilə baxır. Son bir neçə il ərzində dörd illik mövsümi sərgilər arasında daha çox izlənilən yay və qış sərgiləri oldu. Bunu yəqin etmək elə də çətin deyil. Mövsümlər müxtəlif layihələrlə zəngindir və bütün müəlliflər bizim sərgilərdə iştirak etməyə imkan tapa bilmirlər. Belə ki, iştirakçı rəssamların bir çoxu yaradıcılıq məzuniyyətinə gedirlər. Yayda ictimai həyatda durğunluq olur. Lakin mövzu rəngarəngliyi, gözəlliyi, parlaqlığı və əsasən də istirahətin uzun müddətli olması bir çox iştirakçıları bizim yay sərgimizə cəlb edir. Lakin qış sərgisi sanki bir göz qırpımında baş tutur. Məhz elə yeni il bayramı özü sərginin əsas mövzu obyekti olur. Bu bayram da yay kimi gözəl, parlaqdı lakin qısamüddətlidir və buna görə də daha önəmli planlar qurmaq, arzulamaq və dəyişilmək haqqında düşünməyə məcbur edir. Gözəllik ideyasi və dəyişiklik gözləntiləri bir çox rəssamları bizim qış vernisajımıza cəlb edir.
Tamaşaçılar üçün artıq tanış olan Teymur Rüstəmovun “Arzu ağacı” heykəli Yeni il bayramına uyğunlaşdırılmışdır. İndi onu əl işlərindən ibarət oyuncaqlar bəzəyir,lakin bir məqam dəyişilməz olaraq qalır.Əvvəlki kimi ona yaxınlaşıb, kiçik vərəqdə arzular yazıb möcüzəli gözəl ağaca bağlamaq olar.
Vernisajın digər əsas məqamı Muzey Mərkəzinin qalereyasının zallarının birində tavan yaxınlığında uçan qotik kərtənkələ idi.Məmməd Rəşidovun bu kompozisiyası bu il qarşıladığımız çin təqvimindən olan əjdaha ilinə həsr olunub.

“ Qış vaxtı ” sərgisində 38 müəllif iştirak edib.

1. Bəyim Hacıyeva
2. Marqarita Kərimova-Sokolova
3. İrina Eldarova
4. Ənvər Əsgərov
5. Mais Əliyev
6. Əmrulla İsrafilov
7. Sənan Səmədov
8. Eldar Qurbanov
9. Teymur Rüstəmov
10. Mahmud Rüstəmov
11. Emin Əskərov
12. Anar Hüseynzadə
13. Arzu Rzayev
14. Məmməd Rəşidov
15. Adil Yusif
16. Zərnişan Yusif
17. Elşən Sərxanoğlu
18. Nazim Şah
19. Fərhad Yalquzaq
20. Leyla Nəsibova
21. Vüqar Əli
22. Mehriban Əfəndi
23. Samirə Cavadova
24. Etibar Məmiyev
25. Abbas Əhmədov
26. Elçin Bünyatov
27. Sahib Quliyev
28. Elmir Hüseynov
29. Gündüz Ağayev
30. Vüqar Quliyev
31. Elvin Nəbizadə
32. Gündüz Hunlar
33. Elnur Həsənov
34. Nərmin Abdullayeva
35. Leyla Cavadova
36. Taleh Mirkazımov
37. Nigar Babayeva
38. Sofiya Mir-Babayeva