İtaliyanın birləşdirilməsinin 150 illiyinə həsr olunmuş “Focus on heritage” adlı foto sərgi

25.01.2012 - 03.02.2012

Sərgi Qalereyası
Təntənəli açılış: 18:30
Təşkilatçı: Mədəniyyət və Turizm nazirliyinin mədəni siyasət şöbəsi, İtaliyanın Azərbaycandakı səfirliyi

İtaliyanın Azərbaycandakı Səfirliyi 2012-ci il 24 yanvar tarixindən 2 fevral tarixinədək Muzey Mərkəzində (Neftçilər pr., 123) tarixi, arxeoloji və peyzaj nöqteyi-nəzərindən İtaliyanın ən gözəl abidələrinin və şəhərlərinin şəkillərindən ibarət “Obyektivdə Miras” adlı fotoşəkil Sərgisinin keçiriləcəyini bildirməkdən şərəf duyur. İtaliyanın Birləşdirilməsinin 150 illik yubileyinə həsr olunmuş və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək tədbir UNESCO-nun Ümumdünya Mədəniyyət Mirasları siyahısına daxil edilmiş 43 ədəd miras vasitəsilə qonaqlara virtual səyahət etmək imkanı yaradacaq. Bu sərgi İtaliya ilə gözəllik arasında ayrılmaz əlaqənin bariz nümunəsidir.
Giriş sərbəstdir.