Səməni Qasımzadənin fərdi sərgisi

07.06.2013 - 11.06.2013

Sərgi Qalereyası
Tədbirin təntənəli açılışı: 07 iyun 2013, saat 18:00
Təşkilatçı: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

2013 cü ilin iyun ayının 7 dən 11 nə qədər Muzey Mərkezinin İncəsənət Qalereyasi Qasımzadə Səməninin fərdi yaradıcılıq sərgisinə başlanğıc veriləcək
Xalqimizin tarixini xalçasız kilimsiz təsəvvür etmək çətindir.Bu sənət nümunələri ilə yanaşı son zamanlar müasir üslubda qobelenlərdə ərsəyə gəlir. Bir cox sənətcilər bu gözəl və təkrarsız sənəte müraciyyət edir. Sənətcilərdən biridə Qasımzadə Səməni xanımdır.
Artıq 25 ildirki bu sənət ilə məsğul olan sənətçi xanım bir cox dekoratıv tətbiqi sənət sərgilərində iştirak etmiş və öz dəsti xətti ile secilmişdir.Bu dəfə isə fərdi səkildə yeni əsərlərini sənətsevərlərə nümayiş etdirir.
Sərgidəki əsərlərdə müxtəlif mövzular əks olunmuşdur. Sərgidə qobelenlərin nümayişi ilə bərabər həmdə bu sənətdə Azərbaycanda çalışan bir neçə sənətçi haqda çəkilmiş “Carçi” filmi istehsalı olan “Qobelen sənəti” sənədli film də nümayiş olunacaqdır.Bu filimdə qoblençi rəssam Qasımzadə Səməninin dəyərli fikirləri geniş teblig olunub ki,bunnarıda sərgini tamaşa edən seyircilər izləye bileceklər.
1969- cu il anadan olub
1988 -1993 illerde Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universiteti
1994 -1996 cı il Ş.Ələkbərova adina Mədəniyyət evi elmi işçi
2004 -cü il “N Design Group” təsisçi direktor
2006 -cı il Azərbaycan Rəssamlar İttifaqinin üzvü
2007- cı il Azərbaycan Dizaynerler İttifaqinin üzvü
2012 -cı il Azərbaycan Dövlət Rəsm qalereyasında baş elmi işçi