Heydər Əliyevin anadan olmasına həsr olunmuş sərgi

13.05.2014 - 15.05.2014

Tədbirin keçirilmə vaxtı: 13- 15 may 2014- cü il
Tədbirin təntənəli açılış vaxtı: 16:00
Tədbirin keçirildiyi məkan: Muzey Mərkəzinin Sərgi Qalereyası

2014-cü il may ayının 13-də Muzey Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə təsviri və tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi-seminar keçirilmişdir. Sərgi-seminarda Ümummilli lider Heydər Əliyevin mədəniyyətimizə, tətbiqi və təsviri sənətimizə göstərdiyi hədsiz diqqət və qayğıdan söhbət açıldı, rəngkarlıq və qrafika əsərləri, habelə, xalı və xalça məmulatları, nəqqaşlıq, bədii tikmə və digər tətbiqi sənət üzrə respublikanın müxtəlif şəhər və rayonlarından doxsana yaxın müəllifin üç yüz əlli əsəri nümayiş etdirildi. Sərgi-seminarda Mədəniyyət və Turizm Nazirliyinin, Rəssamlar İttifaqının, səfirliklərin, ali təhsil müəssisələrinin və bir sıra digər təşkilatların nümayəndələrinin iştirakı baş tutdu.
Sərgidə yer tutan qaliblər mükafatlandırıldı.
Sərgi-seminarın açılış mərasimi may ayının 13-də saat 16:00-da Muzey Mərkəzində olmuşdur.Sərgi- seminar 3 gün davam etdi.