Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin nəzdində fəaliyyət göstərən “ İstedad Mərkəzinin” konserti

21.05.2014

Keçirilmə vaxtı: 21 may 2014 cü il
Təntənəli açılış vaxtı : 18:00
Keçirilmə yeri : Muzey Mərkəzinin Akt Zalı

2013 cü ilin May ayında Bakı Mədəniyyət və Turizm İdarəsinin nəzdində xüsusi musiqi qabiliyyətinə malik olan şagirdlərdən ibarət İstedad Mərkəzi yaradıldı. Bu Mərkəzdə 35 uşaq fəaliyyət göstərir.Bu bir il ərzində mərkəzin üzvləri Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində, Ü.Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalında, Rostropoviçlər adına ev muzeyinin tədbirlərində, Dövlət Kamera orkestri və Dövlət Simfonik Orkestrinin müşayiəti ilə çıxış etmişlər.21 may saat 18:00da Muzey Mərkəzinin Akt Zalında keçiriləcək . Konsert isə Mərkəzin bir illiyinə həsr olunur. İstedad Mərkəzinin rəhbəri Respublikanın Xalq Artisti, professor Zəhra Quliyevadır.