Azərbaycan Respublikasında “ İslam Həmrəyliyi İli” nə həsr olunmuş “İslam sivilizasiyası uşaqların gözü ilə” mövzusunda rəsm və əl işlərindən ibarət II respublika müsabiqə - sərgisi

31.05.2017 - 01.06.2017

Tədbirin təntənəli açılışı: 31 may 16:00
Sərgi Qalereyası
Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət və turizm nazirliyinin elm, təhsil və gənclərlə iş şöbəsi, Muzey Mərkəzi

31 may - 01 iyun tarixlərində Muzey Mərkəzinin Sərgi Qalereyasında "İslam sivilizasiyası uşaqların gözü ilə" mövzusunda rəsm və əl işlərindən ibarət II respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması və sərgisi keçiriləcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 yanvar tarixli Sərəncamı ilə 2017-ci il Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilmişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin 2017-ci il 10 fevral tarixli 30 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsinə dair Tədbirlər Planının müvafiq bəndinə uyğun olaraq, habelə 2017-ci il 12-22 may tarixində Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyini nəzərə alaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyin müvafiq əmrilə "İslam sivilizasiyası uşaqların gözü ilə" mövzusunda rəsm və əl işlərindən ibarət II respublika müsabiqəsi təşkil edilmişdir. Müsabiqəyə respublikanın uşaq incəsənət və rəssamlıq məktəblərindən, uşaq yaradıcılıq mərkəzlərindən, rəsm studiya və dərnəklərindən 350-dən yuxarı rəsm və əl işləri təqdim edilmişdir.
Müsabiqəyə təqdim edilmiş rəsm və əl işlərinin sərgisinin açılışı və müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi 2017-ci il 31 may tarixində Muzey Mərkəzinin Dairəvi zalında saat 16.00-da keçiriləcəkdir.
Sərgi 31may - 1 iyun 2017-ci il tarixlərində davam edəcəkdir.