«Resm»-in portreti» müsabiqə-sərgisi

27.09.2019

Vaxt: 16:00
Sərgi Qalereyası
Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Rəsm” zərgərlik brendi, Muzey Mərkəzi

27 sentyabr 2019-cu il tarixində, saat 15:00-da Muzey Mərkəzinin Sərgi Qalereyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və “Resm” zərgərlik brendinin təşkilatçılığı ilə portret rəsmlərindən ibarət sərgi, həmçinin müsabiqə çərçivəsində iştirakçıların mükafatlandırma mərasimi keçiriləcəkdir.
Azərbaycanın ilk milli zərgərlik brendi olan Resm tərəfindən hazırlanan zərgərlik məmulatları qədim Azərbaycan ornament və naxışlarının müasir interpretasiyasını təqdim edir. Resm-in zinət əşyaları Azərbaycanın mədəniyyəti, ənənələri və hər şeydən öncə, milli ruhuna bağlıdır. Onlar mükəmməllik və ən yüksək keyfiyyət sayəsində əcdadlarımızın aləmini kəşf edib yenidən yaşatmağa imkan verir.
2016-cı ildən etibarən Resm hər il sosial layihələr çərçivəsində müsabiqələr təşkil edərək uşaqların və gənclərin Milli Mədəni İrsimiz olan milli naxışlara və ornamentlərə olan marağına dəstək olmağa çalışır. Layihələrin məqsədi rəssamların və dizaynerlərin ornamentlərə marağını dəstəkləmək və naxışlarımızın tarixi dəyərinin gələcək işləri üçün ilham mənbəyi olduğunu göstərməkdir.
Cari ilin 14 may – 31 avqust tarixlərində Resm gənc rəssam və tələbələr arasında portretlərdə milli ornamentlərlə bəzədilmiş zinət əşyaları təsvir edilən yaradıcılıq müsabiqəsini təşkil etdi. Bu yarışmada əllidən çox gənc rəssam iştirak etdi və biri-birindən gözəl əl işlərini təqdim etdilər.