Rəssam Yusif Mirzənin Laçın şəhərinin erməni işğalından azad edilməsinin ildönümünə həsr olunmuş «CAN LAÇIN» fərdi sərgisi

Sərgi Qalereyası
01.12.2021 - 15.12.2021

1 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası Muzey Mərkəzinin Sərgi Qalereyasında Laçın şəhərinin erməni işğalından azad edilməsinin birinci ildönümü ilə əlaqədar olaraq, Azərbaycan Rəssamlar İttifaqının üzvü Yusif Mirzənin "Can Laçın" adlı fərdi sərgisinin açılışı olacaqdır.

Bu hadisə, vaxtilə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qalib ordumuz tərəfindən Qarabağın işğalçılardan təmizləndiyi 44 günlük Vətən müharibəsinin parlaq nəticəsi olmuşdu. Tədbir parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Muzey Mərkəzi tərəfindən təşkil olunub.

Məşhur Azərbaycan rəssamı Yusif Mirzə - Laçın rayonunun Sadınlar kəndinin yetirməsidir. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “qrafika” fakültəsində almış və xalq rəssamı, eyni zamanda özünün böyük dostu və müəllimi olan Nadir Əbdürrəhmanovun rəhbərliyi və təsiri altında tam mütəxəssis kimi formalaşmışdır. Yusif Mirzə özü də sonralar rəssamlıq, qrafika və heykəltəraşlıqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olmuş, bu şərəfli estafeti davam etdirmişdir.

O, məktəb müəllimindən doğma Laçın rayonunda teatr rəssamına qədər yol keçmişdir. 1987 – ci ildə Bakıya köçmüş, lakin bir neçə il sonra yenidən doğma yurduna – bu dəfə əlində silah öz doğma torpağını erməni işğalçılarından müdafiə etmək üçün geri qayıtmışdır. Həmin müharibənin yekunlarına görə itirilmiş doğma yerlərin obrazları onun sonrakı dövr yaradıcılığında - Bakıdakı yaradıcılıq dövründə, Azərbaycanda və xaricdə muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılan çoxsaylı əsərlərdə əbədi olaraq məskən salmışdır.

Digər mövzular arasında doğma yerlərin peyzajları onun hər sərgisində daim nümayiş olunur, Laçının çoxdan gözlənilən azadlığına həsr olunmuş bu layihədə isə ön plana çıxarıldı - bu xoş xəbər Yusif Mirzənin yaradıcılığına yeni təkan verdi. Qeyd edək ki, həmin vaxt o, Ukraynadakı Azərbaycan diasporunun təşəbbüsü ilə Laçının azad olunması şərəfinə xatirə döş nişanının dizaynını işləyib hazırlamışdır.

Muzey Mərkəzinin Qalereyasında keçirilən sərgidə onun Laçına həsr olunmuş bir neçə seriyadan olan əsərləri nümayiş etdirilir. Bunlar "İlin fəsilləri", "Nostalji" və "Müharibə siluetləri"dir. "İlin fəsilləri" istənilən mövsümdə Laçının gözəl təbiətini nümayiş etdirir. Bu təbiət gözəllikləri arasında – yaxınlığında bugünkü günümüzdə Qarabağ tarixinin ən mühüm hadisələrinin cərəyan etdiyi Qaragöl gölü də var.

Bura keçmiş patinanın romantik tüstüsü ilə örtülmüş sakit kənd peyzajları da daxildir, onların simasında rəssam çox zaman doğma kəndi olan Sadınların yaddaşında qalan obrazını canlandırır – məsələn, "Kəndimizdə axşam", "Dağlarda Bahar", "Qəsəbə", "Payız" kimi rəsm əsərlərini buna nümunə göstərmək olar. Kiçik Vətənin səmimi, çoşqun obrazı bu əsəsrlərdə böyük hərflərlə, bütövlükdə Azərbaycan, Vətən obrazına qədər genişlənir.

"Nostalji" seriyasında keçmiş məişətin qəlpələrinin (nümunələrinin) parlaq fraqmentləri işıq saçırlar – sandıqlarda əlvan naxışlar, kerosin lampaları... bura, həmçinin, fraqmentləri açarlar və qıfıllar olan "xatirələr" kollajını aid etmək olar. Nostalji mövzusuna həm də miflər seriyası yaxındır. Sərgidə, rəvayətə görə, Ağoğlan çayının sahilində V – VI əsrlərə aid alban məbədini təsis etmiş, yerli əfsanənin xarakteri olan Aqoğlan haqqında əsəri görmək olar. Erməni işğalı illərində orada monastır təşkil edilmiş, nəticədə bu memarlıq abidəsi vəhşicəsinə yenidən qurulmuşdur.

"Müharibə siluetləri" soyuq və kədərlidir, onlardan ətrafa təklik və baxımsızlıq əhval-ruhiyyəsi yayılır. Burada döyüş səhnələri yoxdur, hətta realizm burada çox şərtidir, amma eyni zamanda bu - şəhərin işğalçılar tərəfindən dağıdılmış reallığının aydın əksidir. Bu silsilə əsərlərdə tez – tez tağlara və sütunlara rast gəlinir – bu, Laçının yarıkabus kimi toplanmış simasıdır. Sütunlar arasındakı tağlar - rəssamın nə zamansa işlədiyi və onun üçün yaxın zamanın işğal dövrünün rəmzi olan Laçın Mədəniyyət evinin fasadıdır.

Sərgidə qrafika və rəngkarlıq işləri nümayiş olunacaq, ümümilikdə 70 əsər.
Sərgi 2 dekabr 2021-ci ildən 15 dekabr 2021-ci il tarixə qədər davam edəcək və həftənin bütün günləri (bazar ertəsindən başqa) saat 10.00-dan 18.00-dək açıq olacaq. 4-cü mərtəbə, Sərgi Qalereyası.
İnformasiya dəstəyi: trend news agency, day.az, milli.az internet portalı, azernews