“Digital Art Lab” layihəsi Sərgi və iştirakçıların sertifikatlar ilə təltif edilməsi

Akt zalı
11.11.2021

Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 11 noyabr saat 14:30-da Muzey Mərkəzində “Digitalart-lab” layihəsinin iştirakçılarının sərgisi və sertifikatlarla təltif edilmə mərasimi baş tutacaq.

Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2020-ci ilin sentyabrında start verilən layihə rəqəmsal incəsənətin formalaşması, rəssamların bədii yaradıcılıq axtarışlarını, onların yaradıcılıqlarındakı bədii tendensiyaları, yeni texnologiyaların müxtəlif sahələrdə tətbiqi məqsədilə proqresiv, yaradıcı gəncləri, həvəskarları və bu sahədə çalışan mütəxəssisləri bir araya toplamış və uğurla yekunlaşmışdır.

“Digitalart-lab” layihəsinin ustad dərsləri Ariz Abbasov, Zəhraxanım Quluzadə, Həbibə Məmmədova, Nərmin Mahmudova, Nərmin Qəmbərli, Səbinə Abbasova, Nərgiz Xəlilzadə, Sara Qədimova, İntizar Qafarova, Sufi Səfərli, Aişə Məhərrəmova, İnarə Əliyeva, Şəlalə Salamzadə, Hüseynli Xəzangül, Nəzakət Əhmədova, Hənifə Musayeva, Nərminə Qurbanzadənin iştirakı ilə keçirilmişdir.

Geniş ictiamiyyətin marağına səbəb olan layihə müddətində rəssam Natiq Kamal, dizayner rəssam Hüseyn Rzayev, qrafik dizayner və illüstrator Mahir Qafarov, Amil Quliyev, animator Mansur Şəfiyev, vizual effektlər üzrə rəssam Hacı Qədirov, qrafik dizayner və rəssam Rəsul Həsən, illustrator Ərzuman Paşayevin, rəssam Mobil Qarayevin ustad dərsləri keçirilmişdir.

Sərginin Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi planlaşdırılır.