Amerikalı rəssam Şeyn Quffoqqun «The OBSERVER is the OBSERVED» adlı beynəlxalq rəsm sərgisi

21.02.2017 - 06.04.2017

Tədbirin təntənəli açılışı: 21 fevral 19:00
Sərgi Qalereyası
Təşkilatçılar: Marika Parsadanelli Beynəlxalq art agentliyi
Karpentye Art - Paris, Fransa,
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Muzey Mərkəzi,
Qeyri Hökumət Təşkilatı (QHT) “Arts Council Azerbaijan”
ABŞ-ın Azərbaycandakı Səfirliyi

Şeyn Quffoqq (Shane Guffogg) ən çox tələb olunan amerika rəssamlarından biridir. Onun yaradıcılığının pərəstişkarları və əsərlərinin kolleksionerləri: ABŞ-ın eks-prezidenti Bill Klinton və senator Hillari Klinton, Dastin Hoffman, Meq Rayan, Ed Harris, Şon Vilyam Skott və başqa dünyaca məşhur siyasi xadimlər, kino və şou-biznes nümayəndələridir. Şeynin əsərləri Los-Anceles şəhərindəki Hammer muzeyinin seçilmiş kolleksiyalarında, Dyuk adına Müasir İncəsənət Universitetinin muzeyində, Kaliforniyadakı Frezno art-muzeyində və bir çox başqa muzeylərdə saxlanılır. Los-Ancelesdə doğulan rəssam rəngkarlıq təhsilini də elə orada, Kaliforniya İncəsənət İnstitutunda almışdır. Şeyn 1989-1995–ci illərdə “mətn rəngkarlığı”nın məşhur yaradıcısı - Edvard Ruşa (Edward Ruscha) ilə birgə işləyir. Müasir abstraksionizm məktəbini təmsil edən Quffoqq əsərlərini yağlı və sulu boya, quaş və pastel boyalarla kətan və ya kağız üzərində, eləcə də, sink plitələr üzərində təsvir edir. Şeyn öz əsərlərində XVI əsr rəssamları arasında xüsusilə məşhur olan qlizal (şirələmək) texnikasından istifadə edir.
2017-ci il, 21fevral tarixində qonaqpərvər Bakı şəhərinin ən cəlbedici məkanlarından biri olan, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin Sərgi Qalereyasında #GUFFOGG sərgisinin təntənəli açılışı baş tutacaqdır. Şəhərin mərkəzində, Dənizkənarı bulvarın yaxınlığında yerləşən Muzey Mərkəzi binası paytaxtın məşhur tarixi və memarlıq abidəsidir. Bu bina müxtəlif dövlət əhəmiyyətli tədbirlərin, dəyirmi masaların, mədəniyyət və incəsənət xadimlərinin xatirə gecələrinin, incəsənət üzrə beynəlxalq simpoziumların, dünyanın müxtəlif ölkələrinin mədəniyyət günlərinin, caz və klassik musiqi gecələrinin, moda dəfilələri, teatr tamaşaları,incəsənət xadimlərinin mükafatlandırılması, uşaqlar üçün tədbirlərin, beynəlxalq sərgilərin və müasir kukla incəsənəti biennalesinin, müxtəlif sənət müsabiqələrinin, illik xalq-tətbiqi sənət sərgilərinin, tanınmış və gənc rəssamların fərdi sərgilərinin, foto və rəqəmsal sərgilərin və incəsənətin bir çox başqa istiqamətlərində sərgilərin keçirildiyi məkandır. Binada Azərbaycanın üç mühüm muzeyi yerləşir.
Sərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi və Qeyri Hökumət Təşkilatı (QHT) “Arts Council Azerbaijan”-ın dəstəyi ilə keçiriləcəkdir. 2017- ci il, 6 aprel taxinədək davam edəcək. #GUFFOGG sərgisi çərçivəsində bir çox maarifləndirici və mədəni tədbirlər təşkil ediləcəkdir.
#GUFFOGG beynəlxalq layihəsinin təşkilatçısı Marika Parsadanelli beynəlxalq art-agentliyi və Paris Karpentye Art qalereyasıdır.
Rəssam Şeyn Quffoqqun eksklüziv agenti və prodüsseri: Pyerr Markand
Rəssam Şeyn Quffoqqun art-koordinatoru: Selia de Palma

Sərginin ekspozisiyası iki hissəyə bölünmüşdür.Birinci hissədə rəssamın 2008–ci ilə qədər, başqa sözlə yaradıcılığının erkən dövrünə aid əsərləri nümayiş olunur. Hər bir iş əsərə daxili parıltı effekti verən 80 yarımşəffaf rəng qatından ibarətdir. İkinci hissədə Quffoqqun Leonardo da Vinçiyə həsr etdiyi əsərlər yer alır. Rəssam öz yaradıcılığını sözsüz poeziya adlandırır.
Sərgidə rəssam 73 rəsm əsəri və heykəl nümayiş edəcəkdir.

Şeyn Quffoqqun şəxsi və dövlət kolleksiyalarının siyahısı, o cümlədən, fərdi və kollektiv sərgiləri ilə rəssamın rəsmi vebsaytında tanış ola bilərsiniz:
shaneguffogg.com

Ətraflı məlumat üçün:
www.guffogg.com
https://vk.com/guffogg
https://www.facebook.com/groups/guffogg

KİV üçün əlaqə:
Marika Parsadanelli
+99412 493 58 83, +99450 2732180
Tel/Viber/WhatsApp +7 962 685 75 53
guffogg.project@gmail.com

Muzey Mərkəzi/ Sərgi Qalereyası
Bakı şəhəri, Neftçilər pr,49
www.museumcenter.az