“Mələyin qanadları altında” Gürcü rəssamlarının kukla sərgisi

15.12.2017 - 30.12.2017

Sərginin açılışı: 15 dekabr 18:30-da
Keçiriləcəyi məkan: Muzey Mərkəzinin İncəsənət qalereyasi (4-cü mərtəbə)
Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Muzey Mərkəzi, "Kukla" Art- qalereyası və Gürcüstanın Beynəlxalq Kukla Sənəti Mərkəzi.

15 dekabr, giriş yalnız dəvətnamələrlədir.
16 dekabrdan 30 dekabr tarixinədək giriş biletlədir. 6 yaşına qədər uşaqlar üçün giriş pulsuzdur.Sərgi üçün biletləri Muzey Mərkəzində əldə etmək olar.
Sərginin iş saatları: 11.00-dan 19.00-dək
Əlavə məlumat: +99412 493 58 83, +99450 273 21 80 (10.00-dan 18.00-dək)
İnformasiya dəstəyi: TREND informasiya agentliyi, LİDER TV teleşirkəti

"Yeni il nədən başlayır? ..
Möcüzəni gözləməkdən ...
Hətta, bu gözləmə Yeni il gecəsinin özündən belə uzun zaman öncə qəlblərdə məkan salır ...
Və bu gözləmədə hər kəs eynidir: ən kiçiklərdən dünyagörmüş insanlaradək ... "

15 dekabr tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin İncəsənət qalereyasında hər birimizə Yeni il əhval-ruhiyyəsi bəxş ediləcəkdir. Bakı sakinləri və şəhərimizin qonaqları Yeni il bayramına həsr olunmuş gürcü rəssamların “Mələyin qanadı altında” adlı kukla sərgisinə dəvət edilir. 2017-ci ildə Qafqazın iki qardaş respublikası - Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü qeyd olunur. Əsrlər boyu iki respublikanın dərin köklərə malik tarixi əlaqələrində mədəniyyət əsas rol oynayır. Bunu həm də "Mələyin qanadı altında" adlı sərgi də nümayiş etdirir. Burada hər bir eksponat sənətin ürəklə danışması postulatını "səsləndirir". Rəssamlar isə hər birimizi öz əsərləri ilə insanların daha yaxşı olduğu, qəlblərin möcüzələrə daha açıq olduğu dünyaya göndərə bilən canlı sehrbazlardır.
Həmin gün Qalereyanın rahat zalları şam ağacının ən hündür ağac və onun altındakı hədiyyələrin ən bahalı hədiyyələr olması təəssüratını yaşatmaqla bizə uşaqlığımızın dadını xatırladacaq.
Kuklaların bizi bəşəriyyət tarixi boyunca müşayiət etdiyindən bu möhtəşəmlik dünyanın ən qədim sənətlərindən olan kukla sənət dünyası vasitəsi ilə ötürüləcək.
Bu gün müəllif kuklaları – ətrafdakı məkana uyğun mühiti verə bilən və bütün bunlarla yanaşı eləcə də, insanların qəlblərində möcüzə toxunuşuna cavab verə bilən qeyri-adi bədii əsərlərdir.
Məhz Möcüzə qədim dövrlərdən bəri gürcü uşaqlarının ən sevimli oyuncağı olan və nəvazişlə "Dedopala" ("Kraliça") adlandırılan kuklanın vətəni Gürcüstan və Azərbaycan kukla ustalarını birləşdirən "Mələyin qanadı altında" adlı sərginin əsas Qəhrəmanıdır.
Gürcüstan tərəfindən sərgidə 32 parlaq sima iştirak edir: bədii kuklalar – "Bulyon" qrupu, Denis Qonobolin, Elene Tsitlanadze, Marina Kençuaşvili, Nana Kaulaşvili, Fiso Zaridze; marionetlər - Baçana Xalvaşi, Temo Cavaxi, Irma Kaadze, Nana Okruaşvili, Nino (Nutsa) Xidaşeli; kiçik heykəllər -Aleks Berdışev, Aleksandr Asatiani, Amiran Kuprava, Gela Babunaşvili, Kaxi Eradze, Keti Dzidziguri, Mariam Şvelidze; suvenir kuklalar və oyuncaqlar - "ARTMAN" qrupu, Valentina İordanişvili, İrma Arçvadze, Manana Abzianidze, Manana Mondodauri, Manana Kipiani, Nana Beitrişvili, Tata Bakradze, Tamar BurduIi; suvenirlər - Aleksandr Qotsi, İra Lavrinenko, “LT Handmade” qrupu, Sofi Etsadaşvili. Etnoqrafik kuklaların müəllifi Asmat Sagiridze özü ilə 34 əsərini gətirəcək və “Qafqaz milli geyiminin xüsusiyyətləri və onun kukla sənətində tətbiqi”mövzusunda seminar keçirəcək. Bu "ulduz desantı"nın başında Gürcüstanın Beynəlxalq Kukla Sənəti Mərkəzinin direktoru Nana Okruaşvili dayanır. Bakı tamaşaçısı onu kukla müəllifi kimi hələ 2013-cü ildə Beynəlxalq "FUSION DOLL" kukla biennalesinin iştirakçısı olan zaman, onun Tinatin Tumanaşvili adına Tiflis Kukla Muzeyinin direktoru olarkən tanımışdı. Bu il də Nana işlərini şəxsən özü təqdim edəcək.
Sərginin ekspozisiyası təqdim edilən əsərlərlə kifayət qədər rəngarəngdir. Burada "KUKLA" Art Qalereyası kolleksiyasında olan bədii kuklaları, o cümlədən unikal əsər olan "Çərxi Fələk" mexanik kuklasını xüsusi qeyd etmək lazımdır. Bu əsl incəsənət əsərinin müəllifi fərdi sərgisi 2015-ci ilin aprel ayında Bakıda keçirilmiş gürcü rəssam, heykəltəraş və memar Tamara Kvesitadzedir. Onu, sərgidə təqdim olunan bütün əsərlər eləcə də, "Çərxi Fələk"lə yanaşı sözünü demiş və müəllif kuklası ustası adına layiq görülmüş digər azərbaycanlı müəlliflərin əsərləri arasında əlaqələndirici adlandırmaq olar. Onlarla yanaşı ekspozisiya yeni başlayan rəssamların işlərini də özündə ehtiva edir. Azərbaycanı Pərviz Hüseynov və İrina Qundorina, Tamilla Qurbanova, Sənubər Səmədova, Nailə Sultan, Fərəh Əliyeva, Olqa Abbasova, Zinaida Həsənova, Anara Salmanova, Nübar Şahbazova təmsil edir. Ekspozisiyaya eləcə də Dilarə Atakişiyevanın rəhbərlik etdiyi D’Art studiyasının gənc iştirakçılarının kuklaları da daxil edilmişdir.
"Mələyin qanadı altında" adlı kukla sərgisi çərçivəsində Tərlan Qorçunun başçılıq etdiyi Bakı marionet teatrının "Leyli və Məcnun" tamaşası üçün yaradılmış gürcü rəssam Baçan Xalvaşının kuklaları da təqdim ediləcəkdir. Dəbdəli marionetlər şəxsən müəllif tərəfindən təqdim olunacaq və bu, Gürcüstan incəsənət məktəbinin Azərbaycan teatrı ənənəsi ilə sintezinin aydın nümunəsidir. Bu birləşmə kukla sənətinin incəlikləri ilə mədəniyyətlərarası münasibətlərdə ən ifadəli ifadəni açıq şəkildə nümayiş etdirdi.
Sərginin açılışının sehrli abı-havası çox gözəl "Yeni İl" bayramını xatırladan və bizim uşaqlığımızın canlanmış kuklalarıni təqdim edən, Larisa Tarusovanın rəhbərliyi altında fəaliyyət göstərən "Günay" Uşaq Teatrının gənc aktyorlarının iştirakı ilə vurğulanacaqdır.
Sərgidə təqdim edilən əsərlər, kukla sənətinin müxtəlif janrlarına aiddir. Bədii kuklalar, kiçik heykəllər, marionetlər və müxtəlif texnikalarda hazırlanmış hədiyyə kuklalar - geniş "palitra" ilə ecazkar və təkrarolunmaz dünyanın müxtəlifliyini və çoxobrazlılığını göstərəcək ki, həmin dünyanın da qapıları kiçik mələklər tərəfindən ilin sonunadək qonaqpərvərcəsinə açıq olacaq.

Layihənin rəhbərləri:
- Lalə Kazımova, “KUKLA” Art-qalereyasının Azərbaycandakı təşkilatçısı
- Nana Okruaşvili, Gürcüstanın Beynəlxalq Kukla Sənəti Mərkəzinin direktoru
Layihənin kuratoru:
- Liana Vəzirova, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin və “KUKLA” Art-qalereyasının direktoru