Rəssam Milena Nəbiyevanın “Payızımın çalarları” adlı fərdi sərgisi

07.11.2018 - 11.11.2018

Tədbirin təntənəli açılışı: 07 noyabr 19:00
Sərgi Qalereyası
Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Muzey Mərkəzi

7-11 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin Sərgi Qalereyasında Milena Nəbiyevanın “Payızımın çalarları” adlı ikinci fərdi sərgisi keçiriləcəkdir. Sərginin çərçivəsində müəllifin 60-dan çox rəsm əsəri nümayiş etdiriləcəkdir.
Milena Nəbiyeva özünün yaradıcılıq üslubunu ona bədii icra imkanlarını bir qədər genişləndirməyə imkan verən dekorativ-tətbiqi incəsənət kimi müəyyən edir. Qeyd etmək lazımdır ki, Muzey Mərkəzinin Sərgi Qalereyasının rahat zalları, rəssamın sözlərinə görə, ona o qədər doğma olmuşdur ki, ikinci fərdi sərginin keçirilməsi üçün meydançanın seçimi əlbəttə ki, bəlli idi.
2017-ci ilin fevralında sənətə dəyər verənlər, tənqidçilər və sənət həvəskarları artıq Ankara və Sankt-Peterburqda keçirilən sərgilərdə iştirak etməyə müvəffəq olmuş bu gənc Bakılı rəssamın yaradıcılıq “palitrasında” maraqların müxtəlifliyi ilə tanış olmaq imkanına malik olmuşlar. O zaman, soyuq fevral günlərində, onun rəsm əsərləri tamaşaçılara parlaq yayın dadını və ya payız təmtərağının zənginliyini bəxş edərək, boyaların parlaqlığı və onların Swarovski kristallarının parıltısı ilə cəsur birləşməsi hesabına Muzey mərkəzinin İncəsənət qalereyasının zallarını, sözün əsl mənasında, isitmiş və al-əlvan rənglərə boyamışdı ...
“Payızımın çalarları” adlı indiki sərgi sanki rəssam və onun tamaşaçısı arasında il yarım bundan əvvəl başlamış dialoqun davamıdır. Bu layihənin çərçivəsində Milena Nəbiyevanın sənət əsərləri artıq müəllifin şəxsi inkişafının müəyyən mənada yenidən qiymətləndirilməsi kimi görünür.
– Sərginin ideyasının əsasında ilin fəsillərinin dəyişməsi kimi insanın inkişaf fəlsəfəsi durur. Mənim fikrimcə, biz özümüzü qışdan sonra başlayan yaz kimi, payızın yayı əvəz etdiyi kimi, dövriliklə dərk edirik. Bu ildən ilə belə davam edir, ona görə ki, idrak və dərk etmə prosesi bizim bütün həyatımız boyunca dayana bilməz və dayanmamalıdır. Əks halda, insanın onu əhatə edən dünyanın bütün gözəlliklərini hiss etmədiyi həmin məşhur “ruhun və ürəyin ölümü” başlayır. Bu xüsusilə də yaradıcılıq yolunu seçmiş insanlara aiddir. Mən öz əsərlərimdə Həyatın zəfərini və onun dərk edilməsinin sonsuz xoşbəxtliyini tərənnüm etməyə çalışıram. Məhz bu fikirləri mən əsərlərimdə tətbiq etməyə çalışmışam ki, bunlar da “Mənim payızımın çalarları”nda öz əksini tapmışdır.
Nə üçün mən ilin bu fəslini seçmişəm? Mən təsdiq edirəm ki, payız - bu, toplanmış təcrübənin zənginliyini ən aydın şəkildə dərk etdiyimiz və özümüzün bu zənginliklə dolmağımızı yenidən qiymətləndirdiyimiz bir dövrdür. Payız - bu, bizim də bir hissəsini təşkil etdiyimiz Təbiətin gözəlliyi ilə birlikdə özünüdərkin çoxistiqamətliliyidir. Yəqin ki, ona görə də məhz bu sərgidə mənim bir çox işlərim bir çox əsrlərdən keçib gəlmiş və Zamanın Müdrikliyini özündə saxlayan, özünün müqəddəs mənası ilə unikallığı özündə birləşdirən milli ornament butanı özündə ehtiva edir. Mənim tərəfimdən təqdim edilən əsərlər - həm təbiətin hədiyyələrinin müxtəlifliyi, həm qadın portretləri, həm naxışlar - bunu etiraf etməkdən qorxmuram, Azərbaycanımız, Ürəkdən, Ruhla yaratmaq üçün inanılmaz imkanlar bəxş edən vətənimiz üçün yaradılmış Himndir...