ABŞ Dövlət Departamentinin “Mədəni irsin qorunması” Beynəlxalq Layihəsi

ABŞ Dövlət Departamentinin “Mədəni irsin qorunması” Beynəlxalq Layihəsi

Muzey Mərkəzinin direktoru Liana Vəzirova 2004-cü il, yanvarın 9-dan 31-dək ABŞ Dövlət Departamentinin dəvəti ilə ABŞ-ın Azərbaycandakı səfirliyinin və Dövlət Departamentinin mədəniyyət sahəsində rəhbər şəxslər üçün təşkil etdiyi “Mədəni irsin qorunması” adlı üç həftəlik proqramda iştirak etmək məqsədilə Amerika Birləşmiş Ştatlarında səfərdə olmuşdur.

Seminar-treninq iştirakçıları - Azərbaycanın müxtəlif mədəni-maarif təşkilatlarının rəhbərləri və direktorları Amerikanın 5 şəhərinin: Vaşinqton, Nyu-York, Milvoki, Santa-Fe və Yeni Orlean şəhərlərinin muzey və qalereyalarında olmuşlar. Treninq müddətində Amerikanın aparıcı muzeylərinin nəzarətçiləri ilə bir sıra görüşlər keçirilmiş, seminar iştirakçıları muzeylərin iş və fəaliyyət prinsipləri, ekspozisiya və fondları ilə tanış olmuşlar. Treninqin əsas məqsədi iki ölkənin muzey işi rəhbərləri arasında təcrübə mübadiləsi ilə yanaşı, mədəni irsin qorunması naminə mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi idi. Treninq-seminar proqramın bütün iştirakçılarına amerikalı həmkarlarla qarşılıqlı münasibətlərin qurulması, mədəni-siyasi proseslərlə tanış olmaq imkanı verdi.

Vaşinqton
ABŞ-ın paytaxtı Vaşinqtonda aşağıdakı təşkilatların nümayəndələri ilə tanışlıq məqsədilə görüşlər keçirildi:
- Konqress Kitabxanası
- İncəsənət və Mədəniyyət Mərkəzi
- Toxuculuq Muzeyi
- Milli Mədəniyyət Fondu
- Con Kennedi adına səhnə incəsənəti mərkəzi
- Amerika Tarixi Milli Muzeyi

Yeni Orlean
Yeni Orlean şəhərinə səyahət isə daha maraqlı idi. İştirakçılar 1831-ci ildə tikilmiş Hermann-Qrimin evində, Fransız məhəlləsində Amerikan üslubunda tikilmiş ilk evdə-Mardi Qras Muzeyində, şəhərin ən qədim hissəsindəki Fauburq Mariqnidəki tarixi evdə və Yeni Orlean İncəsənət Muzeyində oldular.

Miluoki
Viskonsin ştatının ən böyük şəhəri Miluokidə (hindu dilindən tərcümədə “suyun yığıldığı yer” mənasını verir) seminar iştirakçıları:
- öz pivə zavodu ilə şöhrət qazanmış şəhərin ən çox tanınmış sakinlərindən biri olan kapitan Frederik Pabstın Ev-Muzeyinin,
- Miluokidə Florent Operasının,
- Miluoki İctimaiyyət Muzeyinin fəaliyyəti ilə tanış oldular və eyni zamanda
- Viskonsin Beynəlxalq İnstitutu,
- Blaqoveşşeniye (xristian bayramlarından birinin adı) Kilsəsinə baş çəkdilər.

Santa-Fe
Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələrinin Santa-Fe şəhərindən olan həmkarları ilə görüşü daha parlaq və yadda qalan oldu:
- Santa-Fe Operası
- Hindu İncəsənətinin Tədqiqi Mərkəzi
- Arxeoloji Tədqiqatlar Mərkəzi

Nyu-York
ABŞ Dövlət Departamenti Nyu-York şəhərində Azərbaycandan olan iştirakçılar üçün səyahət məqsədilə aşağıdakı məntəqələri seçmişdi:
- Bruklində Ali İncəsənət Məktəbi
- Nyu-York Təbiətini Mühafizə Cəmiyyəti
- Ellis adasında Milli Abidə-Azadlıq heykəli
- Amerikanın Təbiyyat Tarixi Muzeyi
- Petra - “İtirilmiş daş şəhər”