Çingiz Fərzəliyevin ümummilli lider H.Əliyevin 85 illiyinə həsr olunmuş “Azərbaycan rəngkarlığının antologiyası” kitabının təqdimatı

29.04.2008

29 aprel, 2008-ci il tarixində Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi münasibəti ilə çap olunan “Azərbaycan rəngkarlığı-Antologiya” kitabının təqdimatı olmuşdur. Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyevin tərtib etdiyi kitabda nadir rəsm nümunələri əks olunub. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Heydər Əliyevin rəngkarlıq sənətinə olan diqqət və qayğısından danışmış, bu işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini demişdir. Millət vəkili Rafael Hüseynov Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə işıq üzü görən bu kitabda qiymətli rəsm nümunələrinin əks olunduğunu bildirmişdir. Mərasimdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın mədəniyyətə olan diqqət və qayğısı da xüsusi vurğulanmışdır. Mərasimdə kitabın görüntülərindən ibarət slaydlar nümayiş etdirilmişdir.