“Mələklər Zamanı” müəllif kuklaları və incəsənət işlərinin sərgisi

22.12.2013 - 14.01.2014

Tədbirin keçirildiyi yer: "Kukla" Art-qalereyası
Sərginin rəsmi təqdimatı 2013-cü ilin dekabrın 20-də 18:30-da keçirildi
Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzi, “Kukla” Art-qalereyası

Yeni İl ərəfəsində “Kukla” Art-qalereyası mələklər mövzusuna həsr olunmuş yeni layihəsini təqdim etdi.
Mələk dünyada yaşayan bütün xalqlardan olan insanların mənəvi dünyasının elementlərindən biridir. Bəşəriyyətin mədəni irsini bizim qəliz dünyamıza işıq və xeyirxahlıq bəxş edən bu möhtəşəm məxluqlarsız təsəvvür etmək çətindir. Ədəbiyyat, musiqi, rəngkarlıq və heykəltəraşlıq... Bu incəsənət növlərinin hər birində müəlliflər Mələklər mövzusuna həsr olunmuş saysız-hesabsız işlər üzərində çalışır. Onlar arasında kukla ustaları xüsusi yer tutur. Bu sənətkarlar gözlə görə bilmədiyimiz bu məxluqları olduqca ustalıqla maddiləşdirir. Onlar Mələklərin yalnız xarici görünüşünü deyil, həm də onların aramızdakı həyatının təzahürünü təqdim edirlər. Faktiki olaraq, bu qeyri-maddi məxluqlar yeganə məxluqdur ki, insanlar onların varlığına bütün məntiq və mülahizələrə zidd olaraq inanırlar. Bu məxluqlar elə bil insanların genetik yaddaşına və şüuruna lap əvvəldən həkk olunub.
Bundan başqa, layihə çərçivəsində bu “elçilərin”-lərin varlığının digər tərəfi, məhz Mələk sözünün əsil tərcüməsi açıqlanmışdır. Onun əsasında məşhur yazıçı Terri Pratçettin doktrinası durur – Təkrarlanan hər hansı hadisə kompleksinin Mələk şəklində maddiləşməsi. “Hava şarlarının mələyi” sözü ucadan deyilən kimi, onlar dərhal peyda olur və öz funksiyalarının icrasına başlayırlar. Milad və Yeni ilə həsr olunmuş sərgi vaxtı özümüz təyin etməklə bu maraqlı oyunu oynamağı və yeni Mələklərin yaranmasına yardım etməyi təklif edir. Bu Mələklərin zamanıdır. Bu sərgi möcüzə, sehr, sevgi və xeyirxahlığı insanların yadına saldı. Gündəlik həyatımızda hərdən doğrudan da çatışmayan xeyirxahlığı.
Bu layihədə yalnız Pərviz Hüseynov, İrina Qundorina və Tamilla Qurbanova kimi tanınmış yerli kukla ustaları deyil, həm də bu çox gözəl incəsənət növündə ilk addımlarını atan ustalar da iştirak etmişdir. Bunlar- müasir qrotesk üslubunda işləyən Fərəh Əliyeva, öz sevimli cırtdanları ilə Sənubər Məmmədova, Alla Linçarovskaya və xəmir elementləri ilə panno yaradan Leyla Qasımovadır. Laura Skatollini, Eliza Qaleya, İrina Deyneka, Katrin Benua, Anastasiya Yanovskaya, Roman Şustrov və Yelena Mixaylova kimi əcnəbi kukla ustalarının da işləri geniş təqdim olunmuşdur. Kuklalardan əlavə Əməkdar incəsənət xadimi Sara Manafova, Vüqar Əli, Nigar Babayeva, Mehriban Əfəndi və Səidə Məmmədzadə kimi rəssamların əsərləri də nümayiş etdirilmişdir.