Muzey Mərkəzi  Facebook-da
museum_youtube
Rus muzeyi
Yarat - neft

Mediateka

Mediateka Rus incəsənəti tarixinə, memarlığına, muzey pedaqogikası, muzey işinə həsr olunmuş müxtəlif mövzulu proqramları özündə birləşdirir. Proqramların bir hissəsi Rus muzeyinin daimi ekspozisiyalarına həsr olunub və kolleksiyanın şedevrlərini özündə birləşdirir. Hər il mediatekanın heyəti Rus muzeyinin müvəqqəti sərgilərinin kompüter proqramları və muzeyin bədii kolleksiyaları, layihə iştirakçıları ilə zənginləşir. Rahat istifadə üçün çoxsaylı proqram və filmlər yeganə kompüter sistemində cəmləşdirilib və burada onlar tematik rubrikalara bölünüb. Mediatekaya gələnlərə aşağıdakı bölmələr təklif olunur:

Rus muzeyi və onun kolleksiyası
Bu bölmə Rus muzeyini tam təmsil edən proqramları və multimedia filmlərini özündə birləşdirib: kolleksiyaların yaranma tarixi və formalaşması, onların təsviri, saray və parkların tarixi, muzey zallarına ekskursiyalar...

“Rus muzeyinin 100 illiyi”, “Dövlət Rus muzeyi: Sankt-Peterburqun 300 illiyinə”, “Rus muzeyi: Elektron albom”, “Rus muzeyinin virtual aləmi”, “Dövlət Rus muzeyi—virtual ekskursiya”, “Rus muzeyi haqqında söhbətlər”.

İncəsənət və Din
Bölmə tarixi-dini mövzuda proqram və filmləri özündə birləşdirir. Kompüter proqramları kübar cəmiyyətinin və kilsə incəsənətinin əsərləri, ruhani əşyaları, məbəd tikintisi tarixinin sənədli materialları ilə tanış edir.

“İsa Məsih XIV-XX əsr xristian incəsənəti və mədəniyyətində”, “Rus monastrları. İncəsənət və ənənələr”, “Dindar Peterburq”, “Müqəddəs Nikolay-kəndlilərin tərəfdarı”, “Müqəddəs Nikolay Mirlikiyski XI-XIX yüzilliyin əsərlərində”, Rus muzeyinin saxlanclarından, “Virtual ekskursiya: ikonadan avanqarda qədər”.

Rəssamlar
Bölümə Rusiyanın rəssamlıq irsinin tanınmış sənətkarlarının həyat və yaradıcılığını əks etdirən proqramlar daxildir.

“İvan Konstantinoviç Ayvazovski”, “Karl Pavloviç Brüllov. Anadan olmasının 200 illiyinə”, “Aleksandr Kondratyeviç Savrasov”, “Natalya Qonçarova: Rusiyada keçən illər”, “Aleksandr İvanov”, “Konstantin Korovin”, “Boris Mixayloviç Kustodiyev”, “Kazimir Maleviç Rus muzeyində”, “Pavel Mansurov”, “Mixail Vrubel. Rus Muzeyinin saxlanclarından”, “Konstantin Somov”, “Valentin Serov. Rəssamlıq, qrafika Dövlət Rus muzeyinin kolleksiyasından” və s.

Yaradıcılıq birlikləri, müxtəlif üslubların yaranması rəssamlıq məktəblərinin əmələ gəlməsi xüsusiyyətləri-bütün bunlar “Birliklər və üslublar” bölməsinin materiallarının rəqəmsal daşıyıcılarını təşkil edir.

“İmpressionizm Rusiyada”, “Rus futurizmi və David Burlyuk”, “Rus futurizminin atası”, “Müqəddəs 60-cılar”, “Rusiyada kollaj”, “Dəyişikliklər dövrü: 1960-1985-ci illərin incəsənəti sovet dövründə”, “Rus avanqardı” və b.

Bir şedevrin taleyi
Bölməyə muzeyin kolleksiyasından götürülmüş konkret bir əsərin açılması, yaranma tarixi haqqında proqramlar daxil edilmişdir.

Proqramlarda tarixi bərpa, əsərin dərindən analizi əsas yeri tutur: “M.F.Kvadal. I Pavelin və Mariya Fedorovnanın tacqoyma mərasimi”, “K.Brüllov. Pompeyin son günü”.

Muzeyin fondundan
Göstərilən bölmə muzeyin müvəqqəti sərgilərində göstərilən və daim fondlarda saxlanılan əsərlərlə yaxından tanış olmaq üçün proqramlardan ibarətdir.

“Rus muzeyində Lyüdviq muzeyi”, “XX əsr Rus portreti”, “Rus təsviri sənətində oyun və ehtiras”, “Qələbəyə yol”.

Peterburq muzeylər şəhəridir
1990-cı illərin əvvəlləri Rus muzeyi üçün bir çox şəhər obyektlərinin intibah mərhələsi oldu. Bunlar şəhərin mədəni-tarixi “qızıl fondunu” təşkil edirdi. Muzey beş sarayı və iki parkı özündə birləşdirən muzey kompleksinə çevrildi. Bu bölmənin filmləri və interaktiv proqramları zamanın kontekstində bu mədəni irsin obyektlərinin inkişafını göstərir.

“Rus muzeyinin saraylarının tarixi”, “Rus muzeyi sarayları”, “III Aleksandrla virtual gəzintilər”, “Sankt-Peterburq. Şəhərin və şəhərlilərin portreti”, “Mixaylovski qəsrinin tarixi”, “Mixaylovski qəsrinin daxili səliqəsi”, “Mixaylovski qəsri: real və virtual”, “I Pavelin memarlıq portreti”, “Paveldən sonra...”, “Mərmər saray”, “Məşhur interyerlər. Bəyaz zal: tarix və bərpa”, “Yay bağının dirçəlməsi”.

Tədris proqramları
Bu bölmə muzey pedaqogikası, təsviri sənət tarixi və sənətşünaslığın əsasları haqqında interaktiv proqram və filmlər toplusundan ibarətdir.

“Sən muzeyə gəlmisən”, “Rəsm əsərlərinin yaranması. Naturadan bədii obraza qədər”, “Rəsm əsərinin yaranması. Etüd. Eskiz. Kompozisiya”, “Rəsm əsərinin yaranması. Niyyətdən həyata keçirilməyə qədər”, “Rəsm əsərinə necə baxmalı”, “Rəsm”, “Akvarel”, “Mənzərə”, “Natürmort”, “Portret. Rəssam və zaman”, “Xalq sənəti”, “Heykəltəraşlıq”, “Qravür”, “Rəssamın emalatxanasında”.

Human_Rights_dec_2018_right
Carlos_Mota_2018_right
Minabi_2018_right
Fashion_Week_2018_right
Farhad_Hamzaliyev_oct_2018_right
Leyla_Axundova_jun_2018_right
Living_Legacy_2018_right
Vadud_Muezzin_may_2018_right
azerbaijan_film_posters_apr_2018_right
Exhibition_Talents_march_2018_right
Elza_Seyidcahan_2018_right
Firengiz_Huseynova_feb_2018_right
Rasim_Ismaylov_feb_2018_right
Bahram_Bagirzade_jan_2018_right
Under_an_Angels_Wing_right
Niyaz_Najafov_right
MirNadir_Zeynalov_nov_2017_right
Hasan_Haqverdiyev_oct_2017_right
Shane_Guffogg_2017_01_right
Tamilla_Hasanova_right_01
art_kukla_01_right
Vugar_Muradov_2016_right
Night_Fairytales_right_01
Biennale_2015_03_right
coffee_jun_2015_right
Kukla_Gallery_right